Əsgər anası: "Tezliklə əsgər övladlarımıza qovuşmağın sevincini yaşayacağıq"

2020/04/92114-1585899444.jpg
Oxunub: 1323     11:13     03 Aprel 2020    
Övladı Azərbaycan Ordusunun hərbi hissələrindən birində xidmət edən əsgər anası son vaxtlar koronavirus pandemiyasının dünyada yayılması ilə bağlı baş verənlər və bununla əlaqədar hərbi xidmətə çağırışın, eləcə də xidmətin başa vurmuş əsgərlərin ehtiyata buraxılması vaxtının uzadılması ilə bağlı Müdafiə Nazirliyinə məktub ünvanlayıb.

Ordu.az müraciəti ictimaiyyətə təqdim edir:

Hörmətli Müdafiə Nazirliyinin rəhbərliyi və oğlumun xidmət etdiyi hərbi hissənin komandirləri. Əvvəla bildirim ki, oğlum Quliyev Nicat Rəfail oğlu ali təhsillidir və bir ildir ki, döyüş bölgəsində, düşmənlə üzbəüz səngərdə xidmət edir. O, Vətənə övladlıq və vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək xidmətini başa vurub. Ölkə prezidentinin sərəncamı ilə aprel ayında ehtiyata buraxılacaqdır.

Onu da xüsusi qeyd edim ki, bir tibb işçisi kimi dünyada və ölkəmizdə yayılan və ümumən dünyada bəlaya çevrilən koronavirus infeksiyasına yoluxma, onun müalicəsi və yayılmasının qarşısının alınması məqsədilə aparılan mübarizə tədbirləri barədə məlumatları da diqqətlə izləyirəm. Bu istiqamətdə ölkə prezidentinin və dövlətimizin atdığı addımları, qəbul etdiyi qərarları və həyata keçirdiyi tədbirləri anlayışla qarşılayır və dəstəkləyirəm.
İnsanlarımızın, xüsusi ilə də övladlarımızın sağlamlığının qorunması məqsədilə atılan bu addımların düzgün, dəqiq və effektli olduğunu da demək istəyirəm. Nə qədər maddi-mənəvi sıxıntılarımız, ziyanımız olsa da bunların heç biri cansağlığımızın dəyərini ödəyə bilməz. Bu sözlərimin hazırda xidmətini başa vuran və evə qayıtmağa hazırlaşan övladlarımıza da aid edildiyini də deməliyəm.

Tam səmimiyyətlə bildirirəm ki, biz birlik olaraq, həmrəy olaraq, qaydalara, tövsiyələrə əməl etməklə və Uca Allahın köməyi ilə bu bəlaya qalib gələcəyimizə qəlbən inanıram. Bizim gücümüz birlikdə, həmrəyliyimizdədir. Əminəm ki, xalqımız qaydalara düzgün əməl etməklə dünyanı bürümüş bu xəstəlikdən ən az itki və ən az ziyanla qurtula biləcəkdir. Bu mənada çağırış müddətinin uzadılması və xidmətini bitirmiş əsgər balalarımızın karantin rejimi bitdikdən sonra evlərə yola salınması barədə qəbul edilən qərarı da düzgün qəbul edir, dəstəkləyir və bütün valideynlərdən də bunu rica edirəm.

Təbii olaraq bütün valideynlər kimi artıq 1 ildir xidmətdə olan oğluma qovuşmağı, onu bağrıma basmağı həsrətlə gözləyirəm. Mən də övladım üçün bərk darıxıram. Oğlumu görməyi, onu qucaqlamağı, əzizləməyi çox istəyirəm. Amma onun sağlam olmasını, bu koronavirus bəlasına yoluxmadan həyatını davam etdirməsini öz canımdan da çox arzu edirəm. Bu gün ordumuzun şəxsi heyətinin yüksək diqqət və qayğı ilə əhatə olunduğunu bildiyimdən və övladlarımızın sağlamlığının hərbi həkimlərimiz tərəfindən etibarlı qorunduğundan əmin olduğum üçün övladıma qovuşacağım günü səbirlə, təmkinlə gözləyirəm. Tibbi işçisi olaraq düşünürəm ki, vaxtında qəbul edilən təcrid edilmə qərarları sayəsində bu koronavirus bəlasından qapalı ordu mühitində daha etibarlı və asan qorunmaq mümkündür. Tərxis olunacaq əsgərlərimizin xüsusi rejimli karantin müddəti bitənədək xidmət etdikləri yerdə qalmasını düzgün addım hesab edirəm. Bütün bu əminliyi, anlayışı oğlumla bu günlər ərzində yaradılan videobağlantı vasitəsilə onun özünə də dəfələrlə çatdırdım. Bizdən nigaran qalmamasını, xüsusi rejimli karantin bitənəcən səbirli, təmkinli olmasını tövsiyə etdim, ona darıxmaması, narahat olmaması üçün təsəlli verdim. Uca Allahdan əsgərlərimizin sağ-salamat dönməsini arzuladım.

Yeri gəlmişkən Müdafiə Nazirliyinin rəhbərliyinə və hərbi hissənin komandanlığına əsgər ailələrinə yaratdıqları bu video əlaqələrə görə təşəkkürümü bildirirəm. Bilirəm ki, əsgərlərimizin asudə vaxtının səmərəli təşkili üçün hərbi hissələrdə bütün lazımi şərait mövcuddur və əsgərlərimiz bu bir neçə günü orada səbirlə, təmkinlə, həm də maraqlı keçirəcəklər.

Bir daha bütün valideynləri də bu çətin gündə səbirli, təmkinli olmağa çağırır, umu-küsünü bir kənara qoyaraq, xidmətini başa vuraraq evlərinə qayıtmağa hazırlaşan əsgər balalarımıza dəstək olmağa, dayaq olmağa çağırıram.

Allah Xalqımızı eləcə də Ordumuzu bu bəladan hifz etsin. Biz də birlik olaraq, əlbir olaraq bütün gücümüzü bu çətinliyə qalib gəlməyə yönəldək. İnanıram ki, tezliklə bu müvəqqəti narahatlıq bitəcək və mən də bütün əsgər ailələri birlikdə əsgər övladlarımıza qovuşmağın sevincini yaşayacağıq.

Hamınıza hörmətlə əsgər anası Zülfiyə Quliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Əsgər-anası  

Əsgər anası: "Tezliklə əsgər övladlarımıza qovuşmağın sevincini yaşayacağıq"

2020/04/92114-1585899444.jpg
Oxunub: 1324     11:13     03 Aprel 2020    