NATO baş katibi: “Gürcüstan və Ukrayna ilə tərəfdaşlığı dərinləşdirəcəyik”

2019/01/Dolv6-1548318997.jpg
Oxunub: 823     09:56     03 Aprel 2020    
“Biz Gürcüstan və Ukrayna ilə tərəfdaşlığı dərinləşdirməyə qərar vermişik”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin xarici işlər nazirlərinin videokonfransında bildirib.

Onun sözlərinə görə, tərəfdaşlığa strateji önəm kəsb edən Qara dənizdəki təlimlər də daxildir:

“Tərəfdaşlığın dərinləşdirilməsinə həmçinin hibrid təhlükələrə qarşı birgə mübarizə və hava məkanının daha təhlükəsiz olması üçün hava nəqliyyatı barədə məlumat mübadiləsi də aiddir”, - deyə o bildirib.

Qeyd edək ki, NATO XİN başçılarının konfransı koronavirus epidemiyası ilə bağlı olaraq videokonfrans formatında keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Gürcüstan   Ukrayna  

NATO baş katibi: “Gürcüstan və Ukrayna ilə tərəfdaşlığı dərinləşdirəcəyik”

2019/01/Dolv6-1548318997.jpg
Oxunub: 824     09:56     03 Aprel 2020    