Kanada qoşunlarını İraq və Ukraynadan çıxarır

2020/04/erbil-1585889206.jpg
Oxunub: 929     09:11     03 Aprel 2020    
Kanadanın Milli Müdafiə Nazirliyi koronavirus pandemiyasına görə İraq və Ukraynada müxtəlif missiyalara cəlb edilmiş hərbi qulluqçularının bir hissəsini bu ölkələrdən çıxarmaq barədə əmr verib.

Ordu.az "CBC" nəşrinə istinadən xəbər verir ki, Kanadanın Qərbi Ukraynada yerləşdirilmiş 200 hərbi təlimatçısının çox hissəsi evə qayıdacaq.

İraqda yerləşdirilmiş təlimatçılar qismən Kanadanın Küveytdəki aviabazasına köçürüləcək.

Yeri dəyişilmiş hərbçilərin sayı haqqında dəqiq məlumat yoxdur. Müdafiə Nazirliyinin yüksək vəzifəli məmuru telekanala deyib ki, idarənin belə hərəkətləri koronavirus pandemiyası ilə bağlıdır.

Daha əvvəl bildirilirdi ki, Yaxın Şərqdə Kanadanın 800 hərbi qulluqçusu var. Onlardan 500-ü NATO-nun hərbi təlimatçıları missiyası çərçivəsində İraqda yerləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kanada   İraq   Ukrayna  

Kanada qoşunlarını İraq və Ukraynadan çıxarır

2020/04/erbil-1585889206.jpg
Oxunub: 930     09:11     03 Aprel 2020    