Ermənistan parlamentində böyük uğursuzluq: Paşinyan şübhəni dağıtmağa tələsdi

2020/04/1585819765.jpg
Oxunub: 1592     16:36     02 Aprel 2020    
Bir neçə gün bundan öncə Ermənistanda koronavirusa qarşı mübarizə parlamentdə hakimiyyətin böyük əksəriyyətinin siyasi davranışının proqnozlaşdırılması, idarəolunanlığı və ya etibarlılığı baxımından Paşinyan üçün səslənən siyasi həyəcan siqnalı ilə müşayiət olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan parlamentində “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” fraksiyalarının boykotu nəticəsində kvorumun yoxluğu ilə hökumətin virus əleyhinə təşəbbüsünün qəbulu uğursuz olub.

Təşəbbüs mobil telefon zənglərinin qeydə alınması ilə bağlı olub.

Qalmaqal çıxartmış təcili təşəbbüs parlamentdə qəbul olunmayıb, şubhəsiz ki, bu, hakimiyyətin böyük əksəriyyətinin uğursuzluğu olub. Parlamentdə“Mənim addımım” fraksiyasının 88 deputatı var ki, bu da konstitusiya qanunları üçün kifayət edən saydır.

Mövcud təşəbbüsə sadə seçicilərin əksəriyyəti lazım idi, lakin “Mənim addımım” fraksiyasının deputatları o qədər az olub ki, “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” fraksiyalarının iştirak etməməsi, səs verməməsi halında kvorum məsələsi yaranıb.

Beləliklə, əksəriyyət uğursuz olub, yaxud əksəriyyətin uğursuz olub-olmaması ilə bağlı məsələ ortaya çıxa bilər ki, Paşinyan hökumətinin təqdim etdiyi qanun layihəsi uğursuz olub.

Bütün hallarda əsas məsuliyyət idarəetmə sahəsinin əksəriyyətinin, bu halda isə ola bilsin parlament-hökumət sahəsinin üzərinə düşür. Əgər məsələ sırf işin təşkilidirsə, onda həyəcan Paşinyan üçün məsuliyyət anında kifayət qədər əhəmiyyətlidir.

Paşinyan vəziyyətə sakit reaksiya versə də, hökumətin qanun layihəsini buraxmayaraq dərhal, hətta növbəti gün parlamentdə yenidən müzakirəyə çıxarması kifayət qədər ciddi faktdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan   Uğursuzluq  

Ermənistan parlamentində böyük uğursuzluq: Paşinyan şübhəni dağıtmağa tələsdi

2020/04/1585819765.jpg
Oxunub: 1593     16:36     02 Aprel 2020    