Ermənistan MN-in yeni təyin olunmuş polkovniki və qalmaqallı məktub

2020/04/Arthu-1585737757.jpg
Oxunub: 1540     19:41     02 Aprel 2020    
Məlum olduğu kimi, 2020-ci il yanvarın 1-dən fevralın 13-nə qədər Ermənistan ordusunda qeydə alınmış 13 ölüm hadisəsinə görə Ermənistan Silahlı Qüvvələrinin Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi və Hərbi Polis rəisi vəzifəsindən azad olunub.

Martın 20-də Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının rəis müavini - idarə rəisinin müavini, polkovnik Artur Poğosyan Ermənistan Silahlı Qüvvələrinin Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin olunub.

Lakin qeyd edək ki, polkovnikin adı ilə bağlı illər əvvəl mətbuatda qalmaqallı nəşr olub. Belə ki, “Noraşen 2007” şirkətinin fəaliyyətindən əziyyət çəkmiş bir qrup insan açıq məktub dərc etdirib.

Məktubda qeyd edilib ki, 2011-ci il fevralın 16-da açılmış cinayət işinin ilkin istintaqı çərçivəsində Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Andranik Mirzoyan çox vacib sübut əldə etmək məqsədilə Ermənistan Müdafiə Nazirliyinə rəsmi sorğu göndərib, lakin Ermənistan Müdafiə Nazirliyindən ona açıq-aşkar saxta məlumatla cavab veriblər.

Bunun təşkilatçısı Ermənistan Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə İdarəsinin rəis müavini, polkovnik Artur Aris Poğosyan olub. O, sözügedən iş üzrə müttəhim olmaq əvəzinə şahid kimi tanınıb.

Erməni jurnalistlər bu məktub və Ermənistan ordusunun mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılması məsələləri ətrafında polkovnik Poğosyanla söhbət etməyə çalışıb. Lakin Poğosyan bildirib ki, telefonla danışmağı məqsədəuyğun hesab etmir, görüşəndə bütün suallara cavab verəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Ordu   Məktub  

Ermənistan MN-in yeni təyin olunmuş polkovniki və qalmaqallı məktub

2020/04/Arthu-1585737757.jpg
Oxunub: 1541     19:41     02 Aprel 2020    