Ermənistanın keçmiş polis rəisinin intihar işi üzrə yeni ekspertizalar təyin ediləcək

2020/03/defau-1585646062.jpg
Oxunub: 1142     15:01     31 Mart 2020    
Ermənistanın keçmiş polis rəisi, “1 Mart” işi üzrə müttəhim Hayk Harutyunyanın intiharından 6 ay sonra Ermənistan İstintaq Komitəsi cinayət işi üzrə yeni ekspertizaların təyin edilməsi barədə qərar qəbul edib.

Ordu.az erməbi KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə psixiatrik ekspertizalar təyin olunub.

Bəs bu ekspertizaların təyin olunmasına səbəb nə olub?

Yəqin ki, istintaqı həyata keçirən orqan bu günlərdə Hayk Harutyunyanın intihar işi üzrə müxtəlif insanları dindirilmələrə dəvət edib. Dəvət olunmuş şəxslər bildiriblər ki, Harutyunyan depressiyada olub, ətrafında baş verən hadisələrdən narahat olub.

İlkin istintaq orqanı bu və digər şahidlərin ifadələrini əl altında saxlayaraq bütün materialları ümumiləşdirir və bir qayda olaraq mütəxəssislərə təqdim edir. Müstəntiq mütəxəssisə belə bir sual verib: “Məgər bu problemlər Hayk Harutyunyanı intihara əl atmağa təhrik edə bilərdi?”.

İstisna olunmur ki, mütəxəssislər müstəntiqlər tərəfindən təqdim olunmuş ifadələri araşdırraraq mənfi cavab veriblər. İndi isə bu ekspertizaları təyin edərək ilkin istintaq orqanı çıxılmaz vəziyyətdən çıxmağa çalışır.

Ermənistan İstintaq Komitəsinin informasiya şöbəsinin rəisi Rima Yeqanyan bildirib ki, cinayət işi üzrə ilkin istintaqın tamlığını, bütövlüyünü təmin etmək məqsədilə ölümündən sonra məhkəmə-psixiatrik ekspertiza təyin olunub, nəticə hələ alınmayıb, ilkin istintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   1-Mart  

Ermənistanın keçmiş polis rəisinin intihar işi üzrə yeni ekspertizalar təyin ediləcək

2020/03/defau-1585646062.jpg
Oxunub: 1143     15:01     31 Mart 2020    