Silahlı Qüvvələrimizin arsenalında olan 9K113 "Konkurs" TƏİRK-ləri - ARAŞDIRMA (HƏRBİ EKSPERT)

2020/06/20-31845735280.jpg
Oxunub: 6580     14:24     24 İyun 2020    
Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında mövcud olan və zirehli maşınların bazasında yerləşdirilən 9K113 "Konkurs" TƏİRK düşmənin müasir zirehli texnikalarını və mühəndis qurğularını 4 km məsafədə məhv etmək üçün hazırlanıb. Hazırda bu komplekslərin ən azı 20 ədədi aktiv istifadəmizdədir.

İstifadəsi

Bu kompleks daşınan idarəetmə sisteminə malikdir. Onun raketini atıcı qurğudan uzaq məsafədən də hədəfə tuşlayaraq buraxmaq mümkündür. Raketin döyüş başlığı kumulyativdir. 1974-cü ildə hazırlanan "Konkurs" özüyeriyən zirehli bazada yerləşdirilməklə yüksək hərəkətlilik əldə edib. 9K113 kompleksləri hərbi hissələrin tank əleyhinə silahlarının əsasını təşkil edir və taborların daşınan tank əleyhinə kompleksləri ilə birlikdə istifadə olunur.

Yaradılma tarixi

Keçən əsrin 60-cı illərinin ortalarında Sovet hərbi mütəxəssisləri belə bir qənaətə gəldilər ki, əl ilə idarəolunan 1-ci nəsil "Şmel" və "Falanqa" tank əleyhinə raket kompleksləri (TƏİRK-lər) əsasən tank əleyhinə müdafiənin təşkili tələblərini ödəyərək potensial rəqiblərin əsas zirehli texnikalarının məhv edilməsini təmin edir, lakin bu komplekslərin uğurlu tətbiqi üçün çağırışla gələn şəxsi heyətin hazırlığı uzunmüddətli və əziyyətli təlimlər tələb edir. Sovet Ordusunun şəxsi heyətlə komplektləşdirilmə sistemi əl ilə idarəolunan mövcud komplekslərdən səmərəli istifadə edə biləcək kifayət qədər TƏİRK operatoru hazırlamağa imkan vermirdi.

Nəticədə 1966-cı ildə naqillə yarımavtomatik idarəetmə rejiminə, səsdən sürətli raketə, 4000 m-ə qədər atəş məsafəsinə malik özüyeriyən TƏİRK-in inkişafı üçün müsabiqə elan edildi. Müsabiqə nəticəsində yeni bir kompleksin hazırlanması A.Q.Şipunovun rəhbərliyi altında Tula Cihazqayırma Dizayn Bürosunun (KBP) komandasına həvalə edildi. 60-cı illərin sonlarında, 9K111 "Fagot" daşınan yarımavtomatik kompleksi yaradıldı və az sonra onların seriya istehsalına başlandı.

Az sonra isə SSRİ Nazirlər Sovetinin 4 fevral 1970-ci il tarixli 30 saylı qərarına uyğun olaraq Tula Cihazqayırma Dizayn Bürosunda yeni TƏİRK hazırlandı. Əvvəlcə "Qoboy" adlandırılan yeni TƏİRK daha sonra "Konkurs" adını aldı. Kompleksdə istifadə edilən konstruktiv həllər əsasən əvvəlki "Faqot" kompleksi ilə eyni idi. Lakin uzaq məsafədə zirehə daha dərin nüfuzetməni təmin etmək üçün daha böyük raketin kütlə və ölçü xüsusiyyətləri də diqqəti cəlb edirdi.

2-ci nəsil TƏİRK Sovet Ordusu tərəfindən 1974-cü ilin yanvar ayında silahlanmaya qəbul edildi. Sələfi "Faqot" kompleksi motoatıcı taborlarda, 9P148 döyüş maşını bazasındakı "Konkurs"lar isə motoatıcı hissə və birləşmələrdə istifadə edilir. Sonralar "Konkurs" bazasında "M" versiyalı tank əleyhinə sistem də hazırlandı.

Konstruksiyası

9M113 kompleksi "ördək" aerodinamik sxeminə uyğun olaraq qurulub. Uçuşda raketin sabit fırlanması, onun uzununa müvafiq olaraq 2 ° və 9 ° bucaq altında quraşdırılan pərləri tərəfindən təmin edilir. İdarəetmə əmrlərin naqillə ötürülməsini təmin edən yarımavtomatik sistemə əsaslanır. Yarımavtomatik idarəetmə prinsipi, operatorun raketin konteynerdən çıxdığı andan etibarən optik nişangahın kəsişmə nöqtəsini hədəfin üzərində saxlamasından ibarətdir. Bu zaman sursat özü avtomatik olaraq kəsişmə nöqtəsinin göstərdiyi trayektoriya üzrə uçur.

Atılan raketin koordinatları isə infraqırmızı şüalanma ilə müəyyən edilir. Bort idarəetmə avadanlığı sarğıdan, rabitə xəttindən, idarəetmə blokundan, koordinatordan, sükan ötürücü qurğusundan və faradan ibarətdir. Raketin başlığında olan sükan ötürücü qurğusu istisna olmaqla, yerdə qalan bütün avadanlıqlar aparat bölməsində yerləşir. 9B61 koordinatoru yerüstü idarəetmə avadanlığı tərəfindən verilən idarəetmə komandalarını, fırlanan raketin mərmi koordinat sistemi ilə əlaqələndirilməsini təmin edən üç dərəcəli bir giroskopdur. Sükan ötürücü qurğusu arodinamik sükandan, kursdan və tanqajdan istifadə etməklə uçuşda raketi idarə etmək üçün nəzərdə tutulur. Bu qurğunun özü aerodinamik sükan quraşdırılan və fırlanan lövbərləri olan elektromaqnit mexanizmdən ibarətdir.

Fara isə infraqırmızı işıq şüalanmasının elektrik mənbəyidir və nişangahın kəsişmə xəttinə nisbətən raketin mövqeyini təyin etmək üçün nəzərdə tutulur. Rabitə xətti sarğısının korpusundakı aparat bölməsində yerləşir. 9M113 TƏİRK idarəetmə bölməsi və sürətləndirici mühərrik qurğusu arasında yerləşən, döyüş bölməsi şəklində hazırlanan və korpusdan, kumulyativ yükdən, o cümlədən qoruyucu mexanizmdən ibarət olan 9N131 başlığına malikdir.

Şassisi

"Konkurs" TƏİRK üçün BRDM-2 bazasında 5 ədəd 9M113 raketinin atıcı qurğusuna malik 9P148 döyüş maşını hazırlanıb. 9P148 döyüş avtomobilinin əsas vəzifəsi 9M111-2 və ya 9M113 tank əleyhinə idarəolunan raketlərin daşınması, tuşlanması və buraxılmasıdır. Maşın raketlərlə 60 km/saat sürətlə hərəkət edən hədəfləri və optik görünmə zonasında yerləşən digər stasionar hədəfləri vurmağa qadirdir. Döyüş maşınları motoatıcı hissələrin bir hissəsi kimi fəaliyyət göstərir. Raketlərin atılması həm hazırlıqlı və hazırlıqsız atəş mövqelərindən, həm də üzərkən quruda və suda yerləşən hədəflərə qarşı həyata keçirilə bilər. Quruda atəş yalnız sabit atəş mövqeyindən açılır.

9P148 maşını bir neçə rejimdə işləyir. Hədəf aşkarlama rejimi hədəfləri axtarmaq və izləmək, eləcə də ərazini müşahidə üçün təyin edilib. Səfər vəziyyətindən döyüş vəziyyətinə keçid rejimi zamanı cihazlar atəşə hazırlanır, həmçinin raketi buraxmaq üçün istiqamətləndirici seçilir. Buraxılış rejimində hədəf 9Ş119M1 cihazı vasitəsilə davamlı olaraq izlənilir, 9M113 və ya 9M111-2 tank əleyhinə idarəolunan raketin buraxılması və idarə edilməsi həyata keçirilir.

İstifadə edilən nəqliyyat konteynerlərinin kənara atılması maşının döyüş vəziyyətindən səfər vəziyyətinə keçirilməsi zamanı həyata keçirilir. Raketlər maşına yenidən yükləmə rejimində yüklənir.

Avtomobilin gövdəsi üç hissəyə bölünür: döyüş bölməsi, idarəetmə bölməsi və güc bölməsi. Maşının ön hissəsində idarəetmə bölməsi mövcuddur. Güc bölməsi qapaqların yerləşdiyi xüsusi bir bölmə ilə maşının qalan hissəsindən ayrılır.

Silahlanması

Əsas silah olaraq 9M113 və ya 9M111-2 tank əleyhinə raketlərdən istifadə olunur. Sursat dəsti nəql olunan raketlərin növündən asılıdır. Döyüş maşını 15 ədəd 9M113 və ya 20 ədəd 9M113 və 9M111-2 raketini daşıya bilər, ikinci halda sursat dəstinin tərkibində 9M113 raketinin sayı 10 ədəd olmalıdır.

9M113 raketlərinin atəş məsafəsi 75 metrdən 4000 metrədək, 9M111-2 raketində isə 70 ilə 2000 metr arasındadır. Maşının döyüş vəziyyətindən səfər vəziyyətinə və ya əksinə keçirilmə müddəti 25 saniyədən çox deyil.

İstiqamətli sursat paketi Sovet İttifaqında əvvəllər silahlanmaya qəbul edilən bütün komplekslərdən fərqli olaraq, iki nəfər tərəfindən maşından çıxmadan döyüş sursatı ilə yüklənməni təmin edir.

Döyüş maşınının 9M113 raketləri ilə təm təchizatı 15 dəqiqə çəkir. Buraxılışdan sonra atəş açılan boş konteyner avtomatik olaraq kənarlaşdırılır. 9P148 döyüş maşınından atəş edərkən, operator uzaqdan idarəetmə pultundakı START düyməsini basır, 9P148 idarəetmə blokunun enerji təchizatı bloku 12V daimi gərginliyi partladıcının elektrik qidalanma təchizatına, enerji təchizatı bölməsinin ikinci batareyasına və koordinatorun rotorunun barıt yükünə ötürür.

9P148 döyüş maşınından və 9P135M atıcı qurğusundan atəş zamanı mərmi elementlərinin qarşılıqlı əlaqəsi bənzərdir. Düyməyə basdıqdan 0.2 saniyədən sonra konteynerin ön qapağı açılır və daha sonra mühərrikin elektrik partladıcısı işə düşür. Alov barıt yükünü alışdırır və qazların təzyiqi ilə mərmi ən azı 64 m/s sürətlə konteynerdən çölə atılır. Konteynerin ağzından 10-15 m məsafədə mərminin sürətləndirmə marş qurğusu işə salınır. Bu qurğu bir kameralı və iki rejimli qatı yanacaqlı reaktiv mühərriklə təchiz edilir. İkili rejim barıt yükünün həndəsi forması sayəsində əldə edilir. Mərmi konteynerdən çıxdıqdan sonra fara lampadan yayılan şüalanma, yerüstü idarəetmə cihazının optik mexaniki koordinatorunun müşahidə zonasına daxil olur, burada elektrik siqnalına çevrilir və modulyasiya tezlikli gərginlik şəklində aparat bölməsinə daxil olur. Aparat bloku avtomatik olaraq mərminin trayektoriya üzrə yayınmasını kurs üzrə mütənasib nəzarət gərginliyinə çevirir. Yarımavtomatik idarəetmə sisteminə əlavə olaraq, optik müdaxilə və fara vasitəsilə raketin avtomatik izlənilməsinin pozulması şəraitində atəş dəqiqliyini artırmaq üçün trayektoriyanın son hissəsində əl ilə nizamlama rejimi tətbiq edilir. Müdaxilənin olmasını operatora xüsusi sensor məlumat verir. 9M113 sursatlarının minimum atəş məsafəsi təxminən 75 m müəyyən edilib. Raketlərdən əlavə döyüş maşının komandirinin silah təchizatına 1 ədəd RPQ-7 qumbaraatanı da daxildir.

9P135 kompleksinin daşınan atıcı qurğusu

Maşının paketinə döyüş sursatı ilə birlikdə və müstəqil olaraq istifadə edilə bilən 9P135 tipli uzaqdan idarəedilən atıcı qurğu da daxildir. Nişangah və yerüstü idarəetmə cihazları özüyeriyən və ya daşınan versiyalarda eynidir. "Konkurs" kompleksinin bütün imkanları "Fagot" kompleksinin 9M111 raketlərinin istifadəsini də təmin edir.

9P135 "Konkurs" kompleksi aşağıdakılardan ibarətdir:

- 9P56 atıcı dəzgahdan;
- 9P155 atıcı qurğudan;
- 9s474 aparat blokundan;
- 9Ş119M1 raket tuşlama cihazından.

9P148 döyüş nəqliyyat vasitələrinin idarəetmə cihazlarının dizaynı zirehli vasitələrlə bərabər alçaqdan uçan aşağı sürətli təyyarə və helikopterlərlə bərabər su maneələrini keçərkən sahildəki hədəflərə atəş açmağa imkan verir. Üfüqi tuşlama bucağı 20°-dir. Maksimum məsafədə atəş tempi dəqiqədə 2 dəfədir. Döyüş vasitəsinin heyəti 2 nəfərdən ibarətdir. Döyüş maşınının kütləsi 7000 ± 210 kq-dır. Kompleks paraşüt desant platformaları ilə endirilmək üçün uyğunlaşdırılıb.

"Konkurs" tipli raketlər, BMP-1P və BMP-2 piyada döyüş maşınlarının silahlanmasının bir hissəsi olaraq istifadə edilir. Bu versiyaların döyüş sursat dəsti 4 raketdən ibarətdir.

Daha yüngül BMD-2 və BMD-3 döyüş desant maşınları isə 1 ədəd "Konkurs" və 2 ədəd "Faqot"dan ibarət qarışıq avadanlıq ilə təmin edilir.

Müşahidə və rabitə vasitələri

Ərazini müşahidə etmək, hədəf axtarmaq və seçmək üçün baş operatorun iş yeri 2 ədəd TNPO-170 müşahidə cihazı və 1 ədəd 9Ş119M1 optik nişangahı ilə təchiz edilir. 9Ş119M1 nişangahını hədəfə tuşlamaq üçün maşında əli ilə ehtiyat idarəetməyə malik 2 ədəd elektromexaniki ötürücü də quraşdırılıb.

9Ş119M1 cihazı on qat böyütməyə və 300 mm periskopik imkana malikdir, nişanalma nöqtəsinin müşahidə bucağı isə 5°-dir.

Maşının heyəti arasında rabitə R-124 tank danışıq qurğusu vasitəsilə aparılır. Uzaq rabitə üçün 9P148 maşınında R-123M radiostansiyası quraşdırılır. 1 oktyabr 1988-ci ildən sonra buraxılan döyüş maşınlarında təkmilləşdirilən əməliyyat xüsusiyyətlərinə malik R-173 radiostansiyası quraşdırılır. R-173 radiostansiyası R-124 tank danışıq qurğusu ilə əlaqə yaratmaq üçün R-173-16 bloku ilə təchiz edilir.

9P148 maşının bütün blok və avadanlıqları zirehli kəşfiyyat patrul vasitəsi BRDM-2-nin modifikasiyası olan QAZ-41-08 şassisi üzərinə yerləşdirilir.

İstifadəçiləri

Rusiya və Azərbaycandan başqa bu komplekslərin fərqli modifikasiyaları Ermənistan, Belarus, Əfqanıstan, Bolqarıstan, Macarıstan, Hindistan, İordaniya, İran, Şimali Koreya, Küveyt, Liviya, Nikaraqua, Peru, Polşa, Rumıniya, Slovakiya, Suriya, Türkmənistan, Vyetnam və Finlandiya ordularının silahlanmasında mövcuddur.

Əlcəzair, Macarıstan, keçmiş ADR, İraq və Çexiya isə bu kompleksləri silahlanmasından çıxarıb.

2000-ci illərin əvvəlində İranda 9M113 "Konkurs" tank əleyhinə kompleksin "Towsan-1/M113" adlanan raketinin seriya istehsalına başlanılıb. Raketin istehsal lisenziyası İrana 90-cı illərin ortalarında verilib.

Hindistan Ordusu 2019-cu ildə 15000 ədəd "Konkurs-M" tank əleyhinə idarəolunan raketlərinin yerli "Bharat Dynamics Limited" şirkətinin müəssisələrində yığılması ilə bağlı Rusiya ilə müqavilə imzalayıb.

Qərbdə bu kompleks AT-5 "Spandrel" təyinatını alıb.

Döyüş tətbiqi

Azərbaycan 2010-cu ildə 20 ədəd 9P148 "Konkurs" TƏİRK və 400 ədəd 9M113 raketlərini əldə edib. Onların döyüş əməliyyatlarında tətbiqinə dair dəqiq məlumatlar mövcud deyil.

İraq tərəfindən "Konkurs" TƏİRK-dən Körfəz müharibəsində istifadə edilib, Suriya müharibəsində də tətbiq edildiyi ehtimal edilir. İsrail Ordusu isə 2006-ci ildə Livan müharibəsində "Hizbullah" təşkilatının silahlanmasında İran istehsalı olan "Towsan-1/M113" raketlərinin mövcud olduğunu bildirib. Bu komplekslərin İsrail tanklarına qarşı effektivliyi barədə məlumatlar mövcud deyil.

Taktiki-Texniki Xüsusiyyətləri

İstehsalı: 1974-cü il;
İstismarı: 1974-cü ildən;
İstehsal sayı: 400-dən çox;
Zirehlənməsi: gülləyə davamlı;
Nişangahı: 9Ş119M1.
9M113 raketinin xüsusiyyətləri
İdarəetməsi: naqilli, yarımavtomatik;
Döyüş başlığı: kumulyativ;
Atəş məsafəsi: 75- 4000 metr, gecə 3500 m;
Nüfuzetmə:
60 ° görüş bucağında 250 mm;
90 ° görüş bucağında 560 mm;
Uçuş sürəti: 208-250 m/s;
Maksimum məsafəyə uçuş müddəti: 20 s;
Döyüş başlığının kütləsi: 2.7 kq;
Raketin kütləsi: 14.58 kq;
Nəqliyyat konteyneri ilə raketin kütləsi: 25.3 kq;
Atıcı qurğunun kütləsi 22 kq;
Raketin ölçüləri:
Çapı 135 mm;
Uzunluğu 1165 mm;
Qanad açılımı 468 mm.
Nəqliyyat konteynerinin ölçüləri:
Uzunluğu 1263 mm;
Eni 188 mm;
Yüksəkliyi 230 mm.
9P148 döyüş maşınının xüsusiyyətləri
Bazası: BRDM-2;
Ekipaj: 2 nəfər;
Döyüş kütləsi: 7 ton;
Ölçüləri:
Uzunluğu 5750 mm;
Eni 2350 mm;
Yüksəkliyi 2310 mm.
Klirensi 340 mm;
Daşınan sursat dəsti: 10 ədəd 9M113 + 10 ədəd 9M111M və ya 15 ədəd 9M113 (hər atıcı qurğu üçün maksimum 5 raket);
Atəş tempi: dəqiqədə 2 raket.
Hərəkətli hissə
Mühərrikin növü: QAZ-41;
Mühərrikin gücü: 140 a.g;
Maksimum sürəti: 95 km/saat;
Suda sürəti: 10 km/saat;
Təkər formulası: 4 × 4 (8 × 8);
Asqı tipi: Yarı ellips formalı ressor;
Aşılan xəndək eni: 1.22 mm;
Su maneələrinin aşılması: üzərək;
Ehtiyat məsafəsi: 750 km/saat.

Modifikasiyaları

80-ci illərin sonunda "Konkurs" kompleksinin təkmilləşdirilən "Konkurs-M" modifikasiyası hazırlandı. Onun sələfindən əsas fərqi, zirehə nüfüzetməni əhəmiyyətli dərəcədə artıran və "Konkurs-M" raketinin dinamik qorunma ilə təchiz olunan zirehli maşınlarla uğurla mübarizə aparmasına mkan verən tandem döyüş başlığı ilə təmin edilməsindən ibarət oldu.

Bundan əlavə, "Konkurs-M"in quraşdırılması üçün yalnız BRDM-2 bazasından deyil, digər piyada döyüş maşınlarının, desant döyüş maşınlarının, zirehli vasitələrin şassisindən də istifadə edilə bilər.

Nəticə

İstehsalına başlandığı dövr üçün kifayət qədər ciddi silah kimi dəyərləndirilən "Konkurs" kompleksləri ikinci nəsilə aiddir. Dəqiqlik, kütlə və ölçü parametrlərinə görə analoji Qərb modelləri ilə rəqabət apara bilməyən Rusiya komplekslərinin inkişaf perspektivləri də sual altındadır. Bu komplekslərin "atdım-unutdum" funksiyalı 3-cü nəslinin nümayəndələri artıq Silahlı Qüvvələrimiz tərəfindən uğurla döyüşlərdə tətbiq edilib, artıq qapalı atəş mövqeyindən PUA görüntüsünə əsasən atəş açan 4-cü nəsil komplekslər seriya istehsalı mərhələsindədir. Mühəndislər süni zəkaya malik 5-ci nəsil TƏİRK-lərin layihəsi üzərində çalışırlar. Belə bir vəziyyətdə 50 il əvvəl hazırlanan komplekslərin aktuallığını iddia etmək doğru olmazdı. Buna görə də planlı şəkildə həmin komplekslərin zamanla əvəz ediləcəyi gözləniləndir. İstifadəmizdə olan daşınan TƏİRK-lərin isə müasir əməliyatların intensivlik standartları səviyyəsinə uyğunlaşdırılması da məqsədəuyğun ola bilər.

Mənbələr

http://rbase.new-factoria.ru/missile/wobb/concurs/concurs.shtml
https://militaryarms.ru/boepripasy/rakety/ptrk-konkurs/
http://btvt.info/3attackdefensemobility/konkurs.htm
https://vpk.name/library/f/konkurs-m.html
https://www.armyrecognition.com/russia_russian_army_light_heavy_weapons_uk/at-5_spandrel_9k113_konkurs_konkurs-m_anti-tank_missile_technical_data_sheet_specifications_pictures.html
http://www.military-today.com/missiles/konkurs.htm
https://udcusa.com/product/9m113-konkurs-at-5-spandrel/

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Konkurs   TƏİRK   Azərbaycan-Ordusu  

Silahlı Qüvvələrimizin arsenalında olan 9K113 "Konkurs" TƏİRK-ləri - ARAŞDIRMA (HƏRBİ EKSPERT)

2020/06/20-31845735280.jpg
Oxunub: 6581     14:24     24 İyun 2020    