“İstintaq komissiyası hər hansı hadisəyə “mənəvi qiymətləndirmə” vermək səlahiyyətinə sahib deyil” - Xaçaturov

2020/03/defau-1585638433.jpg
Oxunub: 1165     15:14     31 Mart 2020    
Bir neçə gün bundan öncə erməni KİV-lərində məlumat yayılıb ki, Ermənistan Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturov Aprel döyüşlərinin detallarını araşdıran parlament istintaq komissiyasının iclasında iştirak etməyi rədd edib və komissiyanın sədri Andranik Köçəryana məktub göndərib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Xaçaturovun vəkili Mihran Poğosyan bu mövzuda danışmaqdan imtina edib.

Poğosyan bildirib ki, məktubu onlar hazırlamayıblar və hal-hazırda bu mövzuda onun deyəcəyi yoxdur.

“Ermənistan parlamentinin istintaq komissiyasında iştirak etməmək hüququmu yaxşı bilərək tərəfinizdən mənə göndərilmiş məktubda Ermənistan konstitusiyasının, eləcə də hərbi xidmət keçmək haqqında Ermənistan Respublikası qanununun Ermənistan Silahlı Qüvvələrinin siyasi məsələlərdə neytrallığı qorumasını və hərbi qulluqçunun hər hansı partiyaya, dini və ya həmkarlar ittifaqına üzv olmaq hüququna malik olmadığını müəyyənləşdirdiyini unudaraq “məsələnin mənəvi və siyasi tərəflərini” nəzərə almağı xahiş etmisiniz”, - deyə Xaçaturov öz məktubunda yazıb.

Sonda Yuri Xaçaturov qeyd edib ki, ona göndərilmiş məktubdan komissiyanın bir sıra fəaliyyətlər həyata keçirdiyi, müxtəlif insanları dinlədiyi, bəzi döyüş və hərbi sənədləri araşdırdığı məlum olur. Yuri Xaçaturov düşünür ki, komissiya həm də 2016-cı ilin aprel hərbi əməliyyatları ilə bağlı edilən təhlilləri araşdırmış olacaq. Yeri gəlmişkən, bu təhlillər onun tərəfindən imzalanıb.

“Bu təhlilləri bəzi qərarlar izləyib. Fikrimcə, bu qərarlar “mənəvi və siyasi” nəticəyə gəlmək üçün tükənəndir, buna görə də mən komissiyaya gəlmək haqqında təklifinizi rədd edirəm”, - deyə Xaçaturov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Xaçaturov   Aprel-döyüşləri  

“İstintaq komissiyası hər hansı hadisəyə “mənəvi qiymətləndirmə” vermək səlahiyyətinə sahib deyil” - Xaçaturov

2020/03/defau-1585638433.jpg
Oxunub: 1166     15:14     31 Mart 2020    