Erməni əsgər anaları etiraza qalxacaq: Daha bir düşmən hərbi qulluqçusu yaralanıb

2020/03/ermen-1585636180.jpg
Oxunub: 1337     10:02     31 Mart 2020    
Artıq xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şəraitinin kəskin gərginləşdirilməsi məqsədilə çoxsaylı təxribatlar törədilib, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrimiz və kənd yollarında hərəkət edən mülki nəqliyyat vasitələri mütəmadi olaraq iri çaplı silahlardan və snayper tüfənglərindən davamlı surətdə atəşə tutulub.

Düşmənin kəşfiyyat-diversiya qrupları tərəfindən sərhəd-döyüş məntəqələrimizin dislokasiya yerlərinə basqın cəhdləri edilib, sərhədçilərin sayıqlığı nəticəsində düşmən təxribatlarının qarşısı alınıb.

Erməni KİV-lərində yayılan məlumata görə, Ermənistan ordusunun təxribata cəhd edən 3 hərbi qulluqçusu yaralanıb. Lakin sosial şəbəkələrin erməni dilli seqmentində yayılan məlumatlara görə, yaralanan düşmən hərbi qulluqçularının sayı 3 yox, 4-dür.

Qeyd edək ki, bundan əvvəl də Ermənistan Silahlı Qüvvələri ordu daxilində baş verən ölüm və yaralanma faktlarını gizlədib. Bu kimi faktlar dəfələrlə erməni hərbi qulluqçuların valideynlərinin etirazına səbəb olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Düşmən   Təxribat   Yaralı  

Erməni əsgər anaları etiraza qalxacaq: Daha bir düşmən hərbi qulluqçusu yaralanıb

2020/03/ermen-1585636180.jpg
Oxunub: 1338     10:02     31 Mart 2020    