Rus politoloq: “Münaqişə zonasında risklərin bu gün hər zamankından daha az və ya çox olduğunu düşünmürəm”

2019/05/37330-1558078851.jpg
Oxunub: 1105     15:18     30 Mart 2020    
“Dağlıq Qarabağ münaqişəsi zonasında risklərin bu gün hər zamankından daha az və ya çox olduğunu düşünmürəm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus politoloq Aleksandr Skakov Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin son bir neçə hadisəsinə toxunarkən bildirib.

Qeyd edək ki, bu yaxınlarda ATƏT-in Minsk qrupu həmsədrləri koronavirusun yayılmasına görə yaranmış vəziyyətdəQarabağ münaqişəsi zonasında ATƏT-in monitorinq missiyasının müvəqqəti dayandırılması ilə bağlı bəyanat yayıblar.

Rus politoloq bildirib ki, vasitəçilərin bu mərhlədə bölgədə tez-tez ola bilməyəcəklərini nəzərə alaraq monitorinq müvəqqəti dayandırılıb, həmsədrlər tərəflərə üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmalarına dair çağırış edirlər və bu mərhələdə tərəflərin məsuliyyəti əhəmiyyətli dərəcədə artır.

“Bu, xəbərdarlıq bəyanatıdır. Müşahidə missiyası yoxdur, hesab edirəm ki, bu, çoxlarının güman edə bildiyi kimi o qədər də böyük rola malik deyil”, - deyə Skakov bildirib.

O qeyd edib ki, tərəflər sayıqlığını itirməməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Poliqoloq   Ermənistan   İşğal  

Rus politoloq: “Münaqişə zonasında risklərin bu gün hər zamankından daha az və ya çox olduğunu düşünmürəm”

2019/05/37330-1558078851.jpg
Oxunub: 1106     15:18     30 Mart 2020    