“Hərbi səfərbərlik və çağırış haqqında” qanunun yenidən hazırlanması təklif olunur

2018/04/4332434_1522568784.jpg
Oxunub: 1150     12:20     30 Mart 2020    
“Biz hazırda üç virusa qarşı mübarizə aparırıq”.

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, üçüncü virus sapı özümüzdən olan baltalardır: “Bəziləri çox sevincək halda həm xaricdən, həm də daxildən olan vasitələrlə çıxışlar edirlər. Halbuki onlar özü yaşadığı ölkədə evdən çölə çıxa bilmirlər”.

O qeyd edib ki, hərbi çağırış müddətinin hər dəfə parlament tərəfindən uzadılması mürəkkəb prosesdir: “Ona görə də “Hərbi səfərbərlik və çağırış haqqında” qanunun təkmilləşdirilməsinə ehtiyac var. Dünyanın heç bir yerində 4 dəfə çağırış yoxdur. Dünyada iki dəfə çağırış olur: yaz və payız. Ümumilikdə götürəndə biz “Hərbi səfərbərlik və çağırış haqqında” qanunu yenidən hazırlamalıyıq. Çünki bu virusun hələ nə zaman bitəcəyi proqnozlaşdırılmır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Hərbi səfərbərlik və çağırış haqqında” qanunun yenidən hazırlanması təklif olunur

2018/04/4332434_1522568784.jpg
Oxunub: 1151     12:20     30 Mart 2020    