Çin yeni tank əleyhinə raket sisteminin ilk xarici satışını həyata keçirib

2020/03/China-1585552586.jpg
Oxunub: 1224     13:41     30 Mart 2020    
Çinin “North Industries Group” şirkəti (NORINCO) HJ-12E tank əleyhinə raketlərin ilk partiyasını adı açıqlanmayan xarici alıcıya təhvil verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, “Red Arrow 12” adlanan portativ raketlərin ilk ixrac müqaviləsidir.

NORINCO alıcının adı, satın alınan miqdar və müqavilənin dəyəri barədə məlumat verməyib.

“Red Arrow” 12 tank əleyhinə raket sistemi ilk dəfə 2014-cü ildə Zuhai şəhərində keçirilən Beynəlxalq Aviasiya və Aerokosmik Sərgisində (AirShow China) təqdim edilib.

Raketlər İsrailin “Spike” və Amerikanın “Javelin” raket sisteminə bənzəyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   Raket   İxrac  

Çin yeni tank əleyhinə raket sisteminin ilk xarici satışını həyata keçirib

2020/03/China-1585552586.jpg
Oxunub: 1225     13:41     30 Mart 2020    