Erməni polkovnikin döyülmə işində azadlığa buraxılan şəxs barədə prokurorluq şikayət verməyəcək

2020/03/Ara-m-1585552380.jpg
Oxunub: 1155     11:11     31 Mart 2020    
Ermənistan Baş Prokurorluğupolkovnik-leytenant Ara Mxitaryanın döyülməsində ittiham olunan iki müttəhimdən biri, Zaven Qriqoryan haqqında Apellyasiya məhkəməsinin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verməyəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arevik Xaçatryan məlumat verib.

O qeyd edib ki, məhkəmə, mübahisə üçün kifayət qədər əsas olmayan əsaslandırmalar qeyd edərək təqsirləndirilənlərə qarşı girov müqabilində alternativ məhdudlaşdırıcı hal tədbirinin tətbiq edilməsinin haqlı olduğu barədə qərar verib.

“Cinayət işinin ibtidai istintaqı son mərhələdədir, təqsirləndirilən şəxslərin cinayət prosesində iştirak edən şəxslərə təsirinin əhəmiyyətli dərəcədə azalması, işə aid materialı gizlətmə və ya saxtalaşdırma, cinayət işinin icraatını həyata keçirən bütün əsas istintaq və digər prosessual hərəkətlər artıq icra edilib. Üzürlü səbəb olmadan və ya azad edilmə şərtlərini pozaraq işin araşdırılmasına mane olma risklərinin azalması nəzərə alınıb. Bu şərtləri pozduğu halda qanunla müəyyən edilmiş qaydada yenidən həbs edilməsi üzrə vəsatət verilə bilər”, - deyə Xaçatryan bildirib.

Qriqoryan 6 mart tarixində azad edilib.Onun vəkili bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin “dəmir kimi” alibiləri var. Apellyasiya məhkəməsinin qərarından sonra zərərçəkən polkovik-leytenant Ara Mxitaryanın yaxınları, ehtiyatda olan zabitlər və baş vermiş cinayətlə bağlı narahat olan digər şəxslər etiraz aksiyası keçirib. Aksiyaçılar Trdat Sarkisyan kimi Zaven Qriqoryanın da baş vermiş hadisədə iştirak etdiyinə əmin olduqlarını bildiriblər.Zərərçəkən zabitin atası ədalətli istintaq tələb edir, əks halda həddindən artıq sərt addımlara əl atacağını bildirir.

Xatıqladaq ki, 17 sentyabr 2019-cu il tarixdə gecə saatlarında Vayots Dzor vilayətində əlbəyaxa dava baş verib. Nəticədə Ermənistan Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Ara Mxitaryan döyülüb və 6 aydır ki, reanimasiyada koma vəziyyətindədir. Cinayət işi üzrə təqsirli şəxs qismində Vayots Dzor vilayətinin sabiq rəhbəri Trdat Sarkisyanın keçmiş köməkçisi Harutyun Qriqoryan və onun qardaşı Zaven Qriqoryan cəlb edilib. Onlara qarşı bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən şüurlu şəkildə sağlamlığa ziyan vurma maddəsi üzrə cinayət işi açılıb. Hər ikisi onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.

Hadisədə iştirak edən zabitlər ifadələrində bildiriblər ki, vilayət rəhbəri hadisəyə şahid olsada, fəaliyyətsizlik nümayiş etdirib. Həmin şahidlər üzləşmə zamanı da verdikləri ifadənin doğruluğuna israr ediblər. İstintaq komitəsi bildirib ki, sabiq vilayət rəhbəri 17 sentyabr 2019-cu il tarixdə baş verən mübahisəyə şahid olmayıb, hadisə baş verərkən orada olmayıb. Buna baxmayaraq, hadisədən 1 həftə sonra Trdat Sarkisyan Vayots Dzor vilayət rəhbəri vəzifəsindən istefa verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Ordu   Polkovnik   Etiraz  

Erməni polkovnikin döyülmə işində azadlığa buraxılan şəxs barədə prokurorluq şikayət verməyəcək

2020/03/Ara-m-1585552380.jpg
Oxunub: 1156     11:11     31 Mart 2020    