Avstraliya HHQ iyul ayında baş tutacaq təlimləri ləğv etməyib

2020/03/174-i-1585552340.jpg
Oxunub: 1110     12:31     30 Mart 2020    
Avstraliya Kral Hərbi Hava Qüvvələri yeni növ koronavirus (COVID-19) təhlükəsinə və bununla bağlı səyahət məhdudiyyətlərinə baxmayaraq, hələ də iyul ayında Darvin şəhərində “Pitch Black” təlimlərini keçirməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlərdə Cənub-şərqi Asiyadan bir neçə ölkə ilə yanaşı, Yaponiya Hava Hücumundan Müdafiə Qüvvələrinin F-2 qırıcıları da iştirak edəcək.

Buna baxmayaraq, Avstraliya Müdafiə Nazirliyi koronavirusla bağlı vəziyyətin həddindən artıq ciddi olacağı təqdirdə təlimlərin keçirilməsi barədə qərarın yenidən qiymətləndirilə biləcəyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Avstarliya   Təlim   Koronavirus  

Avstraliya HHQ iyul ayında baş tutacaq təlimləri ləğv etməyib

2020/03/174-i-1585552340.jpg
Oxunub: 1111     12:31     30 Mart 2020    