Ermənistanla Hindistan arasında utopik maceralar: “Silikon Vadisi” utanır

2020/03/34-1585649416.jpg
Oxunub: 2678     14:17     31 Mart 2020    
Hindistanlı jurnalist və politoloq Adita Bhadurinin “Money Control” portalında Ermənistan-Hindistan münasibətlərinə dair məqaləsi dərc edilib. “Qafqaz təmasları: Ermənistanla yaxınlaşma Hindistan üçün niyə çox vacibdir” başlıqlı məqalədə jurnalist qeyd edir ki, son zamanlar iki ölkə arasında münasibətlər daha da güclənib. Müəllif iki ölkənin baş nazirlərinin - Nikol Paşinyan və Narendra Modinin 2019-cu ilin sentyabrında Nyu-Yorkda görüşməsini, əldə edilən son hərbi-texniki əməkdaşlığın əhəmiyyətini xüsusilə vurğulayır. Lakin heç kim üçün sirr deyil ki, Hindistan əhalisinin əksəriyyəti nəinki Ermənistan və onun işğalçı tarixi barədə, hətta bu ölkənin harada və neçə yerləşdirildiyi barədə təsəvvürə malik deyil.

Məqalə müəllifinin ermənilərə olan məhəbbətinin əsasında ilk baxışdan Ermənistanın Kəşmir məsələsində Hindistanı dəstəkləməsi görünsə də, araşdırmalar nəticəsində digər məqamlar ortaya çıxır. Məlum olur ki, xanım Bhaduru tələbəlik illərində Ermənistana “qonaq” kimi səfər edib və bu zaman bəzi məmurlarla, o cümlədən xüsusi xidmət orqanlarının əməkdaşları ilə gizli görüşlər keçirib. Sonralar naməlum səbəblərdən əlaqələrdə bir az soyuqluq yaranıb.

Bhadurinin Ermənistan rəsmiləri ilə növbəti görüşü isə 2007-ci ilin oktyabrın 3-də Moskva şəhərində keçirilən “Rusiya (SSRİ) Ali təhsil müəssisələrini bitirən xarici ölkə məzunlarının II Ümumdünya Forumu”nda baş tutub. 1994-cü ildə Kiyev Dövlət Universitetini bitirən Aditi Bhaduri, o zaman Ermənistan Prezidentinin humanitar məsələlər üzrə köməkçisi, sonra isə Müdafiə naziri olan Vigen Sarkisyan və İrəvandakı Rusiya-Ermənistan Universitetinin rektoru Armen Darbinyan ilə görüşüb.

Vigen Sarkisyan Sankt Peterburq İdarəetmə Akademiyasının, rektor Armen Darbinyan isə Moskva Dövlət Universitetinin məzunlarıdır. 2016-2018-ci illərdə işğalçı ölkənin Müdafiə naziri olan Vigen Sarkisyanın sözügedən görüş zamanı yüksək dövlət məmuru səlahiyyətləri çərçivəsində Aditi Bhadurini müəyyən vədlərlə məxfi əməkdaşlığın davam etdirilməsinə razı sala bildiyi ehtimal edilir.

Yeri gəlmişkən, həmin Forumda Azərbaycanı Xarkov Dövlət Sənaye İnstitutunu bitirən, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Cəlil Hüseynov, Moskva Dövlət Universitetini bitirən, Bakı Dövlət İnstitutunun prorektoru Əfəndiyev Vüsam və Kostroma Dövlət Pedaqoji İnsitutunu bitirən Nərminə Zöhrabova da iştirak edib. Vigen və Aditinin münasibətəri onların da diqqətindən yayınmalı deyildi.

Təmannasız rus silahı əvəzinə hind RLS-ləri: kim nə qazanar, nə itirər?

Bhaduri son məqaləsində İranla sərhəddə yerləşən Ermənistanla münasibətlərin inkişafında Hindistanın çox şey əldə edə biləcəyini və heç nə itirməyəcəyini iddia edir. Nədənsə müəllif bu məsələdə Ermənistanla sərhəddə yerləşən ölkələrin reaksiyasını nəzərə almaq və ya Hindistanın konkret İran sərhədində nələr əldə edəcəyini açıqlamır. Davamlı olaraq Ermənistanı təmənnasız silahlandıran Moskvanın reaksiyasına, İrəvanın rus silahından imtina etməsinin səbəblərinə ümumiyyətlə toxunulmur. Müəllifin məqalədə heç bir iqtisadi göstəricilərə, beynəlxalq hesabatlara və rəqəmlərə əsaslanmadan Ermənistanı MDB-nin “Silikon Vadisi” adlandırması daha çox Ermənistanın özündə etirazlara səbəb olub. Görünür xanım Aditi bu ifadəni işlətməkdə bir az tələskənliyə yol verib və yaxud bu ifadənin tətbiq edildiyi texnoparka qarşı irəli sürülən tələblərdən xəbərsizdir. Təbii ki, Hindistandan cəmi 40 milyon dollarlıq “Swathi” RLS-lərinin alınması Ermənistanın “Silikon Vadisi” ilə müqayisə edilməsi süni şişirtmədir. Sonda 40 milyon dolların Hindistan müdafiə sənayesinin inkişafına təkan verəcəyini iddia edən Adita, görünür bu sahədə dövriyyədə olan rəqəmlərdən xəbərsizdir. Məqalədə xanım Bhadurinin Kəşmir məsələsində Türkiyənin Hindistana dəstək vermədiyi halda Ermənistanın bu məsələdə daim indusların yanında olduğunu da xatırlatması, Ermənistanın harada yerləşdiyi barədə təsəvvürə malik olmayan Hindistan cəmiyyətini yönləndirmək məqsədi daşıyır. Ümumilikdə, məqalənin birtərəfli baxış bucağından yazıldığı aşkar hiss olunur.

Ermənistan “Kompüter İnqilabının Vətəni” ola bilərmi?

Məqalədə xanım Bhadurinin qəflətən Ermənistanı MDB-nin “Silikon Vadisi” olaraq oxuculara təqdim etməsi bir qədər təəccüb doğurur. Onun sadə bir jurnalist kimi bu ifadəyə yer verməsi bəlkə də reaksiyaya səbəb olmayacaqdı, lakin özünü politoloq kimi qələmə verən hindli xanımın erməni məhəbbəti burada “barıtın bir az artıq” edilməsinə səbəb olub.

Adətən hansısa ərazi mövcuddursa, o ərazinin mütləq coğrafi sərhədləri, xəritəsi, mərkəzi və s. olmalıdır. Ermənistanı MDB məkanının “Silikon Vadisi” adlandıran Bhaduriyə bir neçə sual ünvanlana bilər:

1. Dünyada neçə “Silikon Vadisi” mövcuddur?
2. Əgər “Silikon Vadisi”nin nə demək olduğunu bilirsinizsə, o zaman hansı kriteriyalara görə Ermənistanı bu ada layiq görürsünüz?
3. Heç kimin indiyə qədər tanımadığı yeni erməni “Vadi”sinin sərhədləri, qonşuları, mərkəzi və s. barədə nə deyə bilərsiniz?
4. Heç olmasa bu “Vadi”nin sərhədlərini xəritədə göstərə bilərsinizmi?

Əvvəlcə “Silikon Vadisi”nin nə demək olduğuna qısaca diqqət yetirək. Adətən yüksək IT texnologiyaların, o cümlədən kompüterlərin, mikroprosessorların, proqram təminatının, mobil cihazların, smartfonların, biotexnologiyaların müasir versiyalarının istehsalı ilə məşğul olan şirkətlərin, bu istiqamətdə fəaliyyət göstərən elmi araşdırma mərkəzlərinin, universitetlərin, insitutların və s. cəmləşdiyi əraziyə “Silikon Vadisi” deyilir. Dünyada “Silikon Vadisi” adına hələlik Kaliforniyanın San-Fransisko şəhəri layiq görülüb.

Niyəsi çox sadədir. Bir çox ölkələrdə innovasiya və texnologiya parkları yaradılıb, onların sayı ABŞ-da 150-yə, Çində 50-yə, Fransada isə 20-yə çatır. Qısaca texnopark adlandırdığımız innovasiya və texnologiya parkları bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da mövcuddur. Bu texnoparklar ciddi nailliyyətlər də əldə edib, lakin ölkənin texnologiyaya yatırılan toplam sərmayəsinin 30 %-ni özünə cəlb etməyə yalnız San Fransisko texnoparkı nail olub. Tək onu demək kifayətdir ki, “Apple”, “Google”, “Facebook”, “Intel”, “Motorola”, SIEMENS, NOKİA, TESLA, “Northrop Grumann”, “Lockheed Martin”, “Samsung”, “Amazon”, “Xerox”, “BAE Ssytems” “Varian Associates”, “Hewlett–Packard”, “Eastman Kodak”, “General Electric”, AMD, “Electronic Arts” və s. kimi 3000-dən çox dünya şöhrətli nəhəng şirkətin baş ofisləri bu ərazidə yerləşir, deməli dünyanın ən çox sayda milyarderləri də məhz San Fransiskodadır. 400 nəfərlik rəsmi “Forbes” milyarderlərinin 80 nəfəri hazırda bizneslərini buradan idarə edirlər. Nyu York və Vaşinqtonda da yüksək texnologiyalar parkı fəaliyyət göstərir, lakin onlar “Silikon Vadisi” titulu daşımır. Dünyada “Kompüter İnqilabının Vətəni” adlandırılan belə bir ərazini Ermənistan ilə müqayisə etmək həqiqətən də absurddur. Hindistanın bir rayonu qədər əhaliyə malik Ermənistanın Kəşmir məsələsində Dehlini dəstəkləməsi və buna hindlilərin ehtiyac duyması inandırıcı görünmür. Bütün bunlar və Ermənistanın biznes mühitinin cənnəti ilə müqayisə edilməsi, istənilən halda Bhadurinin məqaləsinin sifarişli olması ehtimalını daha da artırır.

“Silikon Vadisi” adlandırılacaq yeganə məkan kimi hamı tərəfindən San Fransisko texnoparkı qəbul edilib. Diqqət etsəniz “Silikon Vadisi” ölkədən və ya tam ştatdan deyil, yalnız bir şəhərin ərazisində yaradılan texnologiya parkından ibarətdir. İşçilərin aylıq orta əmək haqqı 12-15 min dollar arasında dəyişir. Bu baxımdan, məqalə müəllifinin sözügedən məlumatlarla tanış olması mütləqdir.

Kreditlərlə “Slikon Vadisi” formalaşdırmaq?

Məlumdur ki, İrəvan bütün imkanlarından istifadə edərək yaxın və uzaq xarici ölkələrlə, kiçik məbləğdə olsa da, hərbi-texniki sahədə əməkdaşlıq etməyə can atır. Məsələn, silah idxal edən “Arsenal MMC” şirkətinə fevral ayında koronavirusun vətəni Çindən hərbi texnika və avadanlıq idxalı üçün 827.000 ABŞ dolları dəyərində gömrük güzəşti tətbiq edilib. Bununla da Ermənistanın hərbi sənayesinin inkişafını və silah arsenalının yüksək texnoloji silahlarla təchiz etmək niyyətində olduğunu vurğulamağa çalışırlar. Daxili istehsala üstünlük verilməsi məcburi xarakter daşıyır.

Emənistan qəbul etdiyi Dövlət proqramı vasitəsilə silah və hərbi texnikanın yerli və müştərək istehsalını inkişaf etdirməyə, hərbi sənaye sahəsində yeni texnologiyaları tətbiq etməyə can atır.

Ermənistan ordusunda istifadə edilən dronların əksəriyyətinin xarici modellərin kopyası olduğu barədə əvvəllər məlumat vermişdik. Bu dronların çoxu yerli istehsaldır. İrəvan Politexnik İnstitutunun PUA laboratoriyası elmi baza yaratmaq vəzifəsini daşıyır. “Araqats”, “KB X” və “Orbita” şirkətinin optik sistemləri, “Şans” kompleksi, MJ-25 radiolakasiya stansiyası beynəlxalq sərgilərə çıxarılır. 2020-ci il dövlət büdcəsinin parametrlərinin müzakirəsi zamanı Ermənistan rəhbərliyi 2018-ci ildən bəri Ermənistanın misli görünməmiş həcmdə silah aldığını və bölgədəki hərbi tarazlığı bərpa etməklə silahlanmaya davam edəcəyini açıqlayıb. Böyük ehtimalla bu açıqlama Hindistandan batareya əleyhinə RLS-in, Rusiyadan isə “Su-30”qırıcılarının alınmasını nəzərdə tuturdu. Hazırda 4 ədəd qırıcı əldə edilib, əlavə 8-nin də əldə edilməsi gözlənilir. Müqavilənin toplam dəyəri 300 milyon dollardan çoxdur. Təbii ki, bu dəfə də vəsaitin 90%-i Rusiya büdcəsi hesabına ödəniləcək, nəticədə İrəvanın Moskvadan asılılığı bir az da artacaq.

40 milyonluq RLS müqaviləsinin dəyərinin ödənilməsi barədə dəqiq məlumatlar olmasa da, burada da İrəvanın ənənəvi olaraq istehsalçı kreditinə üstünlük verəcəyi istisna edilmir.

2020-ci ildə Ermənistan hökuməti hərbi-sənaye kompleksinin məhdud maliyyələşdirilməsini cəmi 14% artırıb. Adı davamlı olaraq qalmaqallı silah ticarətində hallanan Hərbi Sənaye Komitəsini, Müdafiə Nazirliyinin tərkibindən çıxararaq Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin tərkibinə daxil etdilər.

Əslində bunların Ermənistanın müdafiə sənayesi kompleksi üçün perspektivli bir gələcək vəd etdiyini gözləmək olmaz. Əvvəllər də bu tip addımlar atılırdı, lakin real nəticələr hələki əldə edilməyib. Ermənistanın hərbi büdcəsi bazar qiymətləri ilə silah və avadanlıqların geniş çeşidinin əldə edilməsinə imkan vermir, buna görə də hansısa siyasi addımlar qarşılığında xarici ölkələrin daxili qiymətləri ilə silah idxalına, həm də bu ölkələrin KİV-lərində olan əməkdaşlarının bu əməkdaşlığın əhəmiyyətinə dair “Silikon Vadisi” tipli piar kompaniyasından “məharətlə” yararlanmağa çalışır. Belə olan halda yazılan məqalənin Aditanın əməkdaşlıq etdiyi şəxslər və ya qurumlar tərəfindən sifariş olunduğuna, bəlkə də həmin qurumlar tərəfindən yazıldığına işarə edir.

İşğalçı ölkənin məhdud imkanlarla hər il yeni ölkələrlə hərbi-texniki sahədə əlaqələr qurması, müdafiə büdcəsini artırmağa səy göstərməsi, Ermənistanın işğal olunan əraziləri azad etmək niyyətindən uzaq olduğunu, Cənubi Qafqazda silahlanma yarışına can atdığını, sülhün və sabitliyin təmin edilməsinə təhlükə törətdiyini göstərir. Bu təhlükələrin qarşısının alınması isə bu günün ən aktual vəzifələrindən biri olmalıdır. Əks halda regionda sülh və sabitliyin bərpası daim böyük bir sual altında olacaq. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin ən müqəddəs vəzifəsidir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Hindistan  

Ermənistanla Hindistan arasında utopik maceralar: “Silikon Vadisi” utanır

2020/03/34-1585649416.jpg
Oxunub: 2679     14:17     31 Mart 2020    