Ermənistan ordusunda itki, yaralanma, qəza və korrupsiya hadisələri – AYLIQ HESABAT

2019/06/fed88-1561786573.jpg
Oxunub: 2001     10:37     31 Mart 2020    
Ordu.az 2020-ci ilin martın 1-dən 31-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, qəza və oğurluq faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

Mart ayının nəticələrinə görə, Ermənistan ordusunda 2 ölüm hadisəsi (2-si də təxribata cəhd nəticəsində) qeydə alınıb.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 17 düşmən hərbçisi (6-sı təxribata cəhd, 5-i döyülmə, 3-ü qəza, 1-i intihara cəhd, 1-i qumbara partlaması, 1-i isə avtomatdan açılan atəş nəticəsində) yaralanıb.

Həmçinin 3 oğurluq, 2 fərarilik, 1 zorlama, 1 rüşvət vermə faktı da aşklarlanıb.

Bununla yanaşı, Ermənistan ordusunda qulluq edən hərbi qulluqçuların özbaşınalığı nəticəsində mülki sakinlər arasında 2 ölüm (1-i qəza, 1-i mübahisə), 5 yaralanma (3-ü qaza, 2-si mübahisə) faktı da qeydə alınıb.

1 mart

Ayın ilk günündə, İrəvan şəhərinin Erebuni inzibati rayonunun sakini 23 yaşlı Qoş Sarkisyanın idarə etdiyi “Mercedes” markalı “48 CC 400” nömrəli avtomobil İrəvan şəhər yol polisinin xüsusi ərazisinə gətirilib.

Məlumata görə, Sarkisyan martın 1-də Xancyan küçəsi 11 ünvanı yaxınlığında başqa bir avtomobil tərəfindən vurulmuş 35 yaşlı piyadanı ikinci dəfə vurmaqda və ölmüş piyadanı qoyub qaçmaqda ittiham olunur.

Q. Sarkisyan Ermənistan Müdafiə Nazirliyində xidmət edir.

2 mart

Ermənistan ordusunun “N” saylı hərbi hissəsində əsgərlər arasında növbəti nizamnamədənkənar hadisə qeydə alınıb.

Hərbi hissədə müddətli erməni hərbi qulluqçu xidmət yoldaşını cinsi zorakılığa məruz qoyub.

Məlumata görə, əsgər ona təhkim olunmuş avtomatı doldurub və atəş açacağı təhdidi ilə seksual xarakterli zorakılıq hərəkətləri edib, bundan sonra isə xidmət yoldaşı intiqam almağa çalışıb.

İntiqam almaq istəyən əsgər qumbaranı döyüş mövqeyinə gətirib və zorakılığa məruz qaldığı şəxs istiqamətində atıb. Qumbaranın partlaması nəticəsində zorakılıq etmiş əsgər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həkimlər onun həyatını xilas edə biliblər.

*****

Ermənistan Müdafiə Nazirliyinin İcevan şəhər hərbi polis bölməsinin rəisi, polkovnik Mesrop Hovhannisyanın iştirakı ilə hadisə baş verib.

Məlumata görə, erməni polkovnik qeyri-ayıq vəziyyətdə bir qrup icevanlı ilə mübahisə edib, nalayiq ifadələr işlədib və nəticədə döyülüb.

Lakin polkovnik lazımsız qalmaqaldan yayınaraq tibbi yardım üçün xəstəxanaya müraciət etməyib.

6 mart

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu təxribata cəhd edərkən yaralanıb.

Məlumata görə, saat 05:30 radələrində Ermənistanın şimal-şərq hissəsində yerləşən döyüş mövqelərindən birində təxribata cəhd edən, Karo Ruben Simonyan adlı müqaviləli hərbi qulluqçu olub.

8 mart

Saat 16:43-də Vardenis-Sotk avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Vardenis şəhərinin A.Sesmanukyan küçəsində “Mercedes-Benz E350” (sürücü A.Xaçik) və “Opel Vectra B” (sürücü K.Aram, 1988-ci il təvəllüdlü) markalı avtomobillər toqquşub, nəticədə “Opel Vectra B” markalı avtomobil aşıb.

“Opel Vectra B” markalı avromobilin sürücüsü olan erməni hərbi qulluqçu Vardenis hərbi hospitalına yerləşdirilib, həkimlər onun sağlamlıq vəziyyətini orta-ağır olaraq qiymətləndirib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı hər zamankı kimi heç bir məlumat yaymayıb.

10 mart

Saat 15:30 radələrində Ermənistanın cənub-qərb istiqamətində yerləşən "N" saylı hərbi hissəsinin döyüş mövqeyində təxribata cəhd edən müqaviləli erməni hərbi qulluqçu Zöhrab Qriqori Sianosyan (1994-cü il təvəllüdlü, Ararat hərbi komissarlığı) sinə nahiyəsindən ölümcül güllə yarası alıb və ölüb.

Məlumata görə, məhv edilmiş müqaviləli erməni hərbi qulluqçu, 36 yaşlı Zöhrab Sianosyan Ermənistanın Ararat vilayətinin Pokr Vedi (Kiçik Vedi) kəndindən olub.

12 mart

Ermənistan Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinin rəisi Norik Smbatyanın idarə etdiyi avtomobil qəza törədib. Nəticədə digər avtomobildə olan 2 qadın yaralanıb.

Zərərçəkən qadınlar Ermənistan Mərkəzi Kilinik Hərbi Xəstəxanasına yerləşdirilib.

Qeyd olunur ki, avtomobilin yan hissəsindən zərbə almış qadınlar ciddi zədələr almayıb.

13 mart

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində müxtəlif səbəblərdən törədilən cinayətlərin ardı-arası kəsilmir.

Bu günlərdə düşmən ordusunda daha bir intihara cəhd hadisəsi ortaya çıxıb.

Məlumatda deyilir ki, 1999-cu il təvəllüdlü, 2018-ci ildə Vanadzor hərbi komissarlığından hərbi xidmətə çağırılan və hazırda 6-cı dağ atıcı alayında xidmət edən leytenant Arquşt Martirosyan evində olan zaman mətbəx bıçağı ilə sol qolunu bir neçə yerdən, eləcə də bilək nahiyəsindən kəsməklə intihara cəhd edib. Lakin yaxınları tərəfindən təcili olaraq Xankəndi hərbi hospitalına çatdırılan zabitin həyatını xilas etmək mümkün olub.

Özünə qəsd etmək istəyən leytenant A.Martirosyanın qumar azarkeşi olması və bu səbəbdən dəfələrlə hərbi hissəni özbaşına tərk etdiyi də bildirilir. O, uduzuduğu külli miqdarda pulu ödəyə bilmədiyi üçün həyatına son vermək qərarına gəlib.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində dözülməz şərait, nizamnamədənkənar münasibətlər, təminatın zəifliyi, fiziki və mənəvi təhqirlər səbəbindən xidmət yerindən qaçma halları artmaqda davam edir.

İşğalçı ordunun Ağdərə yaşayış məntəqəsindəki bölmədə xidmət edən əsgəri, Samvel Harutunyan hərbi hissədən qaçıb.

Faktı təsdiq edən hərbi polisin əməkdaşı T.Avanesyan onu da bildirib ki, bu əsgərin dəfələrlə hərbi hissədən qaçmasına baxmayaraq onun yuxarıda “böyük havadarları” olduğundan barəsində tədbir görülmür.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində nizamnamədənkənar münasibətlər zəminində, eləcə də fiziki və mənəvi təzyiqlər səbəbindən daha bir cinayət hadisəsi baş verib.

İşğalçı ordunun Madagiz yaşayış məntəqəsindəki bölmələrdən birində xidmət edən hərbi qulluqçu Georgi Xalatyan və rabitə manqasının komandiri çavuş Artur Hakverdiyan arasında dava baş verib.

Nəticədə müxtəlif bədən xəsarətləri alan hər iki hərbi qulluqçu tibb məntəqəsinə yerləşdirilib.

Hərbi qulluqçuların yaxınlarının dediyinə görə əsgərlər üz nahiyələrindən ciddi xəsarətlər alıblar.

18 mart

Saat 22:00 radələrində Berd tibb mərkəzindən Tavuş polis bölməsinə məlumat daxil olub ki, bir qrup həkim Artsvaberd kəndinin mərkəzi küçəsinə - xalq arasında Mehrab hərbi hissəsi kimi tanınan hərbi hissənin yaxınlığındakı kəsişməyə gedib.

Həkimlər qeyd olunan ərazidə 1 nəfəri ölü, 2 nəfəri yaralı vəziyyətdə tapıblar. Polis və müstəntiqlər müəyyən ediblər ki, ölmüş şəxs Tavuş vilayətinin Berd şəhərinin Ayqedzor kənd sakini, 23 yaşlı Boris Alipyan, yaralılar isə Tavuş vilayətinin Berd şəhərinin Ayqedzor kənd sakini, 21 yaşlı Sarkis Babayan və Davit Tsağkyandır. Yaralılar Berd tibb mərkəzinə yerləşdiriliblər.

Tavuş vilayətinin polis və müstəntiqləri qeyd edilən qətllə bağlı 26 yaşlı M.Artakı nəzarət altına alıb. M.Artak Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.

19 mart

İşğalçı ordunun Ağdərə yaşayış məntəqəmizdə yerləşən bölmələrindən birində xidmət edən iki əsgəri Artur Danielyan və Karen Mirzoyan bank soyğunçuluğunda iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunublar.

İstintaq zamanı ortaya maraqlı faktlar da çıxıb. Məlum olub ki, həmin əsgərlər bankı yararkən hərbi hissəyə məxsus silahlardan istifadə ediblər. Bu da istintaqı aparan müstəntiqlərdə hərbi hissə komandanlığı ilə bağlı əlavə suallar doğurub.

Xəbərdə bildirilir ki, hərbi qulluqçular A. Danielyan və K. Mirzoyan bankın yarılması faktı üzrə açılan cinayət işi ilə əlaqədar istintaq idarəsinin əməkdaşı Andrey Babayan tərəfindən istintaq idarəsinə çağırılıb.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bir hərbi hissəsində yoxlama zamanı dəhşətli faktlar üzə çıxıb.

Yoxlama zamanı məlum olub ki, döyüş postlarında müşahidə cihazları yararsız, nasaz vəziyyətdədir, silah-sursatların saxlanılmasında xeyli ciddi nöqsanlar mövcuddur. Eyni zamanda yoxlama zamanı döyüş sursatlarının oğurluq faktları da aşkar edilib.

Həmçinin aparılan yoxlama zamanı bölmlərdə əsgərlərdən çoxlu sayda mobil telefonlar müsadirə olunub.

Məlumatda o da qeyd edilir ki, mobil telefonların əsgərlərdən müsadirə olunması prosesindən yararlanan zabitlər bu işdən gəlirli biznes qurmağa başlayıblar. Belə ki, əsgərlərdən telefonlar müsadirə edildikdən sonra, komandirlər öz telefonlarından yaxşı pul müqabilində əsgərlərə valideynləri ilə danışımağa şərait yaradırlar.

21 mart

Saat 07:00 radələrində Ermənistanın Sünik vilayətində, Meğri-İrəvan avtomobil yolunun 160.8 km hissəsində Armavir vilayəti sakini, 61 yaşlı H.Hovhannesin idarə etdiyi "Kamaz" markalı (Ermənistan Müdafiə Nazirliyinə məxsus) "ՊՆ 3294 Տ" nömrəli avtomobillə Sünik vilayəti sakini, 59 yaşlı A.Borisin idarə etdiyi "Vaz 2107" markalı "36 AՏ 040" nömrəli avtomobil toqquşub.

Baş vermiş hadisə nəticəsində "07" markalı avtomobilin sürücüsü A.Boris müxtəlif bədən xəsarətləri alaraq Gorus tibb mərkəzinə yerləşdirilib.

Məlumata görə, qəzaya səbəb pis hava şəraiti olub. Hava şəraiti dumanlı olub və "Kamaz" markalı avtomobilin Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində işləyən sürücüsü yolun əks tərəfinə necə çıxdığını görməyib, nəticədə qəza baş verib.

24 mart

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib.

Düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalıb.

25 mart

Saat 12:40 radələrində Ermənistanın Qeğarkunik vilayətində, Xocavənd-Vardenis-Kəlbəcər avtomobil yolunun 2-ci km hissəsində Xocavənd şəhər sakini, 21 yaşlı P.Karen idarə etdiyi "Opel" markalı "36 NG 006" nömrəli avtomobillə Vardenik kənd sakini, 28 yaşlı Hakob Qabrielyanın idarə etdiyi "BMW" markalı "35 VP 602" nömrəli avtomobil toqquşub.

Baş vermiş qəza nəticəsində hər iki sürücü müxtəlif bədən xəsarətləri alaraq işğal altında olan Xocavənd tibb mərkəzinə yerləşdirilib.

Qeyd olunur ki, hər iki sürücü Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edir.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbçilərin törətdikləri cinayətlərin sayı artmaqdadır. Bu günlərdə düşmən ordusunda xidmət edən zabitin qumarda uduzduğu külli miqdarda borcun əvəzinə hərbi hissəyə məxsus bəzi avadanlığı satması məlum olub.

Əslən Stepanovandan olan, hazırda Ağdərədə qulluq edən zabit Roman Tunyan döyüş postunu və ailəsini ataraq sevgilisi ilə İrəvana qaçıb.

Söhbət zamanı onun həyat yoldaşı zabitin kazino həvəskarı və qumar azarkeşi olduğunu, dəfələrlə külli miqdarda pul uduzduğunu da bildirib.

R.Tunyan sevgilisi ilə birlikdə İrəvan şəhərindəki kazinolardan birində saxlanılıb. Yoxlama zamanı məlum olub ki, qumarda uduzduğu pulun ödənməsi məqsədilə o, hərbi hissəyə məxsus bəzi avadanlıqları oğurlayaraq satıb.

27 mart

Ermənistanın Tavuş vilayətindəki döyüş mövqeyindən təxribata cəhd edən bir müqaviləli erməni hərbi qulluqçu yaralanıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan məlumat verib.

Qeyd edək ki, bu gün 12:00 radələrindən başlamaqla Qazax ra­yo­nu istiqamətində sərhəd döyüş məntə­qələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyem­beryan rayonu­nun Baqanis kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iriçaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutul­ub.

Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş və snayper möv­qeləri cavab atəşi ilə susdurulub.

29 mart

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən silahlı qüvvələrinin bölmələrində Ermənistanda cinayət törədən hərbi qulluqçuların sayı günbəgün çoxalır.

Ermənistanın müxtəlif bölgələrində cinayət törədən hərbi qulluqçular məsuliyyətdən yayınmaq məqsədilə külli miqdarda rüşvət verərək Dağlıq Qarabağdakı hərbi hissələrə “perevod” olunurlar.

Məlumatda bildirilir ki, cinayət axtarış idarəsinin baş zabiti müstəntiq D.Armendən hərbi hissəyə daxil olan müraciətdə yazılıb ki, Ermənistanın Gümrü bölgəsində cinayət törədən kapitan Aleksandr Yüzbaşyan küllü miqdarda pul verərək xidmət yerini işğal olunmuş yaşayış məntəqəmizdə yerləşən bölmələrdən birinə dəyişməyə nail olub.

Müraciətə cavab hazırlayan zabit Əziz Stepanyanın yazdığına görə, kapitan A.Yüzbaşyan artıq mart ayının 12-dən yeni hərbi hissədə xidmətə başlayıb.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində nizamnamədənkənar münasibətlər fiziki və mənəvi təzyiqlər səbəbindən baş verən növbəti cinayət hadisəsi qalmaqala səbəb olub.

İşğalçı ordunun hərbi qulluqçusu Mardir Vaskanyan xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb. Hadisəni hüquq-mühafizə orqanlarından gizlətmək məqsədilə xəsarət alan əsgər M.Vaskanyan hərbi hissənin tibb məntəqəsinə göndərilib.

Hərbi qulluqçunun vəziyyətinin və travmasının ağır olduğunu təsbit edən hərbi hissənin həkimi Ermənistan ordusunun döyülən əsgərini müalicə etməkdən imtina edib. Hərbi qulluqçunun sağlamlığında ortaya çıxa biləcək fəsadlara görə məsuliyyəti öz üzərinə götürməkdən boyun qaçıran hərbi həkim M.Vaskanyanın təcili Xankəndinə hərbi hospitala təxliyə edilməsinə qərar verib.

Onun bu addımı nəticəsində komandanlıqla yaranan münaqişə və hədə-qorxulara baxmayaraq həkim qərarından vaz keçməyib. Əsgəri hospitala göndərdikdən sonra həkim hərbi polisə də məlumat verib.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbi qulluqçular tərəfindən törədilən cinayətlərin sayı azalmır. Bu günlərdə düşmən ordusunun daha bir hərbi qulluqçusunun odlu silah yarası ilə hospitala yerləşdirilməsi məlum olub.

İşğal olunmuş Aşağı Oratağ yaşayış məntəqəmizdə yerləşdirilən 42-ci əlahiddə alayın hərbi qulluqçusu Muşeğ Movsesyan 4 nömrəli postda saatdar olduğu zaman guya “silahla ehtiyatsız davrandığı üçün” ayağından yaralanıb.

Əsgər M.Movsesyan 2019-cu ilin 2-ci yarısında İrəvan hərbi komissarlığından xidmətə çağırılaraq Qarabağa göndərilib.

Komandanlıq rəsmi olaraq hadisəni silahla ehtiyatsız davranma kimi qeyd edib. Lakin hospitala yerləşdirilən M.Movsesyanın xidmət yoldaşlarından bəziləri onun taqım komandirinin təhqirlərinə dözməyərək xidmətdən yayınmaq məqsədilə tabeliyində olan avtomatından atəş açaraq özünü ayağından yaraladığını deyirlər.

*****

Ermənistan ordusunun işğal olunmuş Madagiz yaşayış məntəqəmizdə yerləşdirilən bölmələrindən birində xidmət edən hərbi qulluqçu Narek Arzaqantyan təcili olaraq İrəvana hərbi hospitala göndərilib.

Əvvəlcə hərbi hissə komandiri faktı gizlətmək məqsədilə əsgəri infeksion xəstəlik və pnevmoniya diaqnozu ilə hərbi hissənin tibb məntəqəsinə yerləşdirib. Hətta komandanlıq hadisəni ört-basdır etmək üçün koronovirus infeksiyasını bəhanə gətirərək əsgəri karantinə yerləşdirməyə cəhd göstərib.

Lakin sonradan əsgərin vəziyyəti ağırlaşdığından onu hərbi hospitala müayinəyə göndərməyə məcbur olublar.

Xəbərdə o da qeyd edilir ki, hospitalda təkrar müayinə zamanı əsgərin başından aldığı zərbələr nəticəsində gözlərinin tutulduğu müəyyən edilib.

Həkimlərin rəyi əsasında hərbi qulluqçu N.Arzaqantyan təcili olaraq İrəvana göndərilib.

30 mart

Ermənistan Silahlı Qüvvələri dövlət sərhəd xəttinin Qazax rayonu istiqamətində yenidən təxribata cəhd edib. Təxribata cəhd edən 4 müqaviləli düşmən hərbçisi yaralanıb.

Noyemberyan tibb mərkəzinin növbətçi həkimi Naira Taryanın sözlərinə görə, hərbçilərdən birinin vəziyyəti ağırdır, o, göz nahiyəsindən yaralanıb. Digər 2 hərbçi isə qol və ayaq nahiyəsindən yaralanıb.

Yaralı erməni hərbçiləri İrəvana köçürülüb.

Qeyd edək ki, daha bir erməni hərbi qulluqçunun yaralanması barədə məlumat sosial şəbəkələrin erməni dilli seqmentində yayılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Yaralı   Ölüm   Korrupsiya   Zorlama   Qəza  

Ermənistan ordusunda itki, yaralanma, qəza və korrupsiya hadisələri – AYLIQ HESABAT

2019/06/fed88-1561786573.jpg
Oxunub: 2002     10:37     31 Mart 2020    