Erməni politoloq: “ABŞ-ın Qarabağa yardım verilməsi proqramını saxlamaq çətin olacaq”

2020/03/Suren-1585480987.jpg
Oxunub: 1242     14:47     30 Mart 2020    
Bir neçə gün bundan öncə ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya işğal altında olan Qarabağda həyata keçirilən mizatəmizləmə proqramına xitam verilməsi ilə bağlı qərar qəbul edib.

Erməni politoloq Suren Sarkisyan qeyd edib ki, ABŞ-ın büdcə müzakirələri yeni başlayır, büdcə layihəsi prioritetlərə uyğun şəkildə təqdim olunub.

“Sözdə ehtiyat fondundan əlavə maliyyə vasitələri də verilə bilər. Lakin Qarabağa gəldikdə, söhbət maliyyə saxlanılması baxımından çətin olacaq bir proqramdan gedir, çünki bu proqramın maliyyələşdirilməsinə qarşı çıxış edən kifayət qədər nüfuzlu bir çox qüvvələr var. ABŞ-ın Qarabağa yardım verilməsi proqramını saxlamaq çətin olacaq”, - deyə Sarkisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Qarabağ   Ermənistan  

Erməni politoloq: “ABŞ-ın Qarabağa yardım verilməsi proqramını saxlamaq çətin olacaq”

2020/03/Suren-1585480987.jpg
Oxunub: 1243     14:47     30 Mart 2020    