Hərbi qulluqçunun ölümündə ittiham olunan erməni deputatın oğlu XİX-ə müraciət edəcək

2020/03/Untit-1585480645.jpg
Oxunub: 1173     14:02     30 Mart 2020    
Məcburi müddətli erməni hərbi qulluqçu, sıravi əsgər Vahram Mkrtiç Avaqyanın ölüm hadisəsi ilə bağlı araşdırılan cinayət işi üzrə təqsirkar Davit Movsisyanın vəkili iş üzrə müstəntiqlə bağlı cinayət işi açılması istəyi ilə Ermənistan Xüsusi İstintaq Xidmətinə müraciət edəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə vəkil Qor Gevorqyan bildirib.

“Bazar ertəsi istintaqı həyata keçirən müstəntiqlə bağlı cinayət işi açılması istəyi ilə Xüsusi İstintaq Xidmətinə müraciət edəcəm. Yəni, birinci instansiya məhkəməsi Davit Movsisyanı həbs etmək protokolunu hüquqi ölçüdə nəzərdən keçirmədi, çünki müstəntiq cinayət mühakiməsində nəzərdə tutulmamış əsası ön plana çəkmişdi və həbs etmişdi. Düşünürdüm ki, etiraz edəcəklər, bu fikirlə razılaşmayacaqlar, lakin faktiki olaraq müstəntiqin qanun pozuntusuna yol verdiyini qəbul edərək etiraz etmədilər”, - deyə Gevorqyan bildirib.

Qeyd edək ki, Davit Movsisyanın həbs müddəti daha 2 ay uzadılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Erm'nistan-ordusu   Ölüm   İntihar  

Hərbi qulluqçunun ölümündə ittiham olunan erməni deputatın oğlu XİX-ə müraciət edəcək

2020/03/Untit-1585480645.jpg
Oxunub: 1174     14:02     30 Mart 2020    