Ermənistanın keçmiş hakimiyyət üzvləri Aprel həqiqətlərinin ortaya çıxarılmasına qarşı çıxır?

2020/03/00-11-1585479692.jpg
Oxunub: 1072     17:12     30 Mart 2020    
Ermənistan parlamentinin Aprel döyüşlərini araşdıran komissiyanın sədri Andranik Koçaryan Yuri Xaçaturovdan komissiyanın işində iştirak etməyəcəyi ilə bağlı yazılı cavab alıb. Xatırladaq ki, Koçaryan həmin günlərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra edən Xaçaturova belə bir yazılı müraciət göndərmişdi.

Bəlkə, Xaçaturovun mövqeyinin səbəbi, onun özünü təqdim etməməklə Serj Sarkisyana böyük xeyir verdiyini təsəvvür etməsidir və bunu iki keçmiş rəsmi məmurun son vaxtlarda yaxınlaşması da sübut edir, amma hadisələrin gedişatı tamamilə fərqli ola bilər. Əslində bu, Sarkisyanın yenidən komissiyaya gəlməməsi üçün bir fürsət yaradır. Bununla da Xaçaturov Baş Qərargah rəisi olmaqla yeganə məsul şəxs olduğunu və söyləyəcək heç bir şeyinin olmadığını göstərməyə çalışır.

Xaçaturovun komissiyaya gəlməməsi qərarını şərh edən politoloq Ruben Mehrabyan bildirib ki, hər halda, bu günə qədər işləyən komissiya həqiqəti aşkar etmək, bundan nəticə çıxarmaq və mümkün nöqsanların qarşısını almaq məqsədilə ilə çalışıb.

“Həmin günlərdə cəbhənin müdafiəsində hər birinin müəyyən dərəcədə rolu olan fəaliyyətdə və istefada olan generallar, zabitlər, əsgərlər, çavuşlar hamısı gəlib bütün həqiqəti təqdim etməyi özlərinə borc biliblər. Sabiq baş qərargah rəisinin isə belə bir niyyəti yoxdur. Üstəlik, bununla bağlı ona məlum olanları gəlib təqdim etməkdən imtina etdiyini bəyan edir. Onun bu davranışı ən azı mənim düşüncəmə görə mümkün olan nöqsanların ortaya çıxmasından imtina edir, bu nöqsanlardan nəticə çıxarılmasına və bundan sonra buna yol verilməməsindən imtina edir”, - deyə o qeyd edib.

Mehrabyanın sözlərinə görə burada dolayı yolla həqiqəti gizlətmək marağı da var.

“Həqiqəti aşkar etməkdə, çatışmazlıqları aşkarlamaqda, onlardan nəticə çıxarmaqda və təkrarlanmaması üçün hamımızın marağını nə dərəcədə bölüşdüyünə dair güclü şübhələr var. Əlbəttə ki, bu çox üzücü bir həqiqətdir”, - deyə erməni politoloq qeyd edib.

“Bütün bunların baş verməsində Serj Sarkisyanı “xilas etmək” və ya “yaxşılıq etmək” siyasəti varmı”, deyə suala cavab olaraq Mehrabyan bildirib ki, bu hərəkətlə, o dövrədəki insanların motivasiyasına dair artıq yaxşı əsaslandırılmış şübhələr artıq bir şey söyləməyə imkan vermir.

Mehrabyan qeyd edib ki, bu hərəkət Serj Sarkisyanın da komissiyanın iclasına gəlməməsinə şərait yarada bilər.

“Bunu da istisna etmirəm. İstənilən halda, bu insanların bu qismi komissiyanın məqsədlərinə çatmasında maraqlı deyil”, - deyə o bildirib.

Politoloq Robert Qevondyanın sözlərinə görə, Xaçaturovun bu mövqeyi ədalətin həyata keçirilməsi işində yeni hakimiyyətin fəaliyyətini sabotaj etməyi nəzərdə tutan keçmiş iqtidarın sistemli yanaşması ilə əlaqəli ola bilər.

“Dəvət olunan komissiyanın işinə gəlməməsinə gəlincə, bu yalnız bir dəvət olduğu üçün heç bir hüquqi nəticəsi olmayacaq, amma ümid edirəm ki, bunun mənəvi nəticələri ictimaiyyət tərəfindən izləniləcək. Bundan əlavə, Andranik Koçaryan daha əvvəl üçüncü prezidentin dəvət olunması və izahat alınması üçün əsasların olduğunu qeyd etmişdi. Bundan dəvətdən sonra gəlib-gəlməyəcəyi nəticəsində cəmiyyətdə Xaçaturova qarşı münasibətdə dəyişiklik olacaq. Sarkisyan da gəlməsə, təsəvvür aydınlaşacaq və keçmiş sistemin bu prosesə qarşı təxribat həyata keçirdiyi məlum olacaq”, - deyə politoloq bildirib.

Qevondyan vurğulayıb ki, bu təzahürə ictimai qiymət verilməsi arzuolunan olardı.

Serj Sarkisyanın, cavabdeh olan baş qəraragah rəisinin gəlmədiyini əsas gətirərək komissiyanın işində iştirak etməmə ehtimalı barədə sualına politoloq belə cavab verib: “Bu, hələ ki, heç bir ictimai məlumat verilməyən prosesin necə getdiyindən asılıdır. Cinayət varsa, o zaman Xaçaturovun gətirilməsi və izahat vermə mexanizmləri olacaq. Hazırda bunun yalnız mənəvi tərəfi var. Bu keçid mərhələdir, nəticələrin dərc edildiyi anda müəyyən bir qərar verilməlidir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Aprel-döyüşləri   Qarabağ   İşğal  

Ermənistanın keçmiş hakimiyyət üzvləri Aprel həqiqətlərinin ortaya çıxarılmasına qarşı çıxır?

2020/03/00-11-1585479692.jpg
Oxunub: 1073     17:12     30 Mart 2020    