ABŞ Qarabağa edilən qanunsuz yardımı niyə dayandırıb? – SƏBƏBLƏR

2020/03/1585471484.jpg
Oxunub: 1270     13:13     31 Mart 2020    
“ABŞ hökuməti minatəmizləmə işləri üçün Qarabağa edilən təxminən 1,5 milyon dollar yardımı dayandırmaq qərarına gəlib.Bunun nə üçün indi baş verdiyini anlamaq hədsiz dərəcədə vacibdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Arman Babacanyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, ABŞ hökumətinin bu qərarının həm dərin, həm də nisbətən səthi səbəbləri var.

“Dərin səbəblər arasında ən vacibi budur ki, hakimiyyət dəyişikliyindən iki il sonra da Ermənistanın yeni hakimiyyəti ABŞ-la dialoqa getmək, ABŞ-a yeni ideya və planlar təklif etmək üçün vasitələr tapa bilməyib, ABŞ-Ermənistan münasibətləri bu günə qədər də tamamilə əvvəlki inersiya ilə davam edir.

Digər dərin səbəblər arasında rus hərbi kontingentinin mandatı altında Suriyaya humanitar missiya göndərməklə bağlı Ermənistan hakimiyyətinin qərarını qeyd etmək lazımdır. ABŞ hakimiyyəti Ermənistan hakimiyyətinin bu qərarı ilə bağlı ən müxtəlif səviyyələrdə narahatlıq və qəzəbini bildirib.

Geniş mənada Qarabağa edilən yardımın dayandırılması məhz Suriyaya humanitar missiya göndərməklə bağlı qərara ABŞ tərəfindən cavabdır”, - deyə erməni deputat bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Qarabağ   İşğal   Mina  

ABŞ Qarabağa edilən qanunsuz yardımı niyə dayandırıb? – SƏBƏBLƏR

2020/03/1585471484.jpg
Oxunub: 1271     13:13     31 Mart 2020    