Paşinyanın Rusiyaya rəsmi səfəri əslində niyə təxirə salınıb?

2020/03/0-41--1585467595.jpg
Oxunub: 1131     12:41     31 Mart 2020    
Qafanda baş tutmuş mətbuat konfransı zamanı Nikol Paşinyan bildirib ki, ilin ilk yarısında Rusiya Federasiyasına rəsmi səfər edəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfərin aprel-may aylarında olacağı gözlənilirdi və bu, onun 2 illik vəzifədə olduğu müddət ərzində ilk rəsmi səfəri olacaqdı.

Yeri gəlmişkən, ilin ilk yarısı ərzində Ermənistan-Rusiya hökumətlərarası birgə komissiyanın iclası, eləcə də V.Matvienkonun Ermənistana səfəri gözlənilirdi.

Məlumata görə, bütün bu səfər və görüşlər ən azı payıza qədər təxirə salınıb.

Üstəlik, təxirəsalınma səbəbi bugünkü koronavirusla bağlı vəziyyət deyil, səfərlər daha öncə geosiyasi hansısa problemlərlə bağlı ləğv olunub.

Jurnalistlərin Ermənistan-Rusiya hökumətlərarası komissiyanın iclası ilə bağlı sorğusuna cavab olaraq Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan təsdiq edib ki, iclas təxirə salınıb, lakin bu, koronavirusdan əvvəl olmayıb, başqa səbəblərə görə olub və təxirəsalınma müddəti payıza qədər deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan   Rusiya  

Paşinyanın Rusiyaya rəsmi səfəri əslində niyə təxirə salınıb?

2020/03/0-41--1585467595.jpg
Oxunub: 1132     12:41     31 Mart 2020    