Ermənistanın yeni polis rəisinin tərcümeyi-halı

2020/01/00-28-1578909592.jpg
Oxunub: 1735     17:42     29 Mart 2020    
Xəbər verdiyimiz kimi, martın 19-da Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə Arman Sarkisyan polis rəisi təyin olunub.

Ordu.az Arman Sarkisyanın tərcümeyi-halını təqdim edir:

Ermənistanın yeni polis rəisi rütbəcə polkovnikdir, buna qədər polis rəisi vəzifəsini müvəqqəti icra edib.

1978-ci il iyunun 4-də, İrəvan şəhərində anadan olub. 2000-ci ildə Ermənistan Daxili İşlər Nazirliyinin ali məktəbini, 2006-cı ildə Ermənistan Dövlət İdarəetmə Akademiyasını (magistatura) bitirib.

2016-cı ildən etibarən İrəvan Dövlət Universitetinin aspiranturasının Siyasi elmlər nəzəriyyəsi və tarix kafedrasının iddiaçısıdır.Bir sıra elmi məqalənin müəllifidir.

Ermənistan Daxili İşlər Nazirliyinin ali məktəbini bitirərək İrəvan Sovet Daxili İşlər bölməsinin cinayət axtarışı şöbəsinin əməliyyatçısı vəzifəsinə, 2001-2005-ci illərdə İrəvan şəhər daxili işlər idarəsinin cinayət axtarışı bölməsinin 2-ci şöbəsinin əməliyyatçısı, 2005-2008-ci illərdə Ermənistan polisinin daxili təhlükəsizlik idarəsinin əməliyyat təminat bölməsinin baş əməliyyatçısı, 2008-2012-ci illərdə polisin daxili təhlükəsizlik idarəsinin əməliyyat təminat bölməsi rəisinin müavini, 2012-2014-cü illərdə polisin baş cinayət axtarışı idarəsinin 1-ci idarə bölməsinin rəisi təyin olunub.

2014-2017-ci illərdə Ermənistan polisinin baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin 3-cü (yüksək texnologiyalar sahəsində həyata keçirilən cinayətkarlıqlar, insan alveri, qanunsuz miqrasiya və terrora qarşı mübarizə) idarə rəisi, 2017-2018-ci illərdə polisin baş cinayət axtarışı idarəsi rəisinin 1-ci müavini olub.

Ermənistan prezidentinin 2018-ci il 18 may sərəncamı ilə Ermənistanın polis rəisinin birinci müavini vəzifəsinə təyin olunub. Ermənistan prezidentinin 2019-cu il 19 sentyabr sərəncamı ilə polis rəisi vəzifəsinin müvəqqəti əvəzedicisi təyin olunub.

Ermənistan prezidentinin 2020-ci il 19 mart sərəncamı ilə Ermənistanın polis rəisi təyin olunub. Evlidir, iki qızı və bir oğlu var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Polis  

Ermənistanın yeni polis rəisinin tərcümeyi-halı

2020/01/00-28-1578909592.jpg
Oxunub: 1736     17:42     29 Mart 2020    