Sabiq erməni baş prokuror: “Bu, Ermənistanın daxili dövlət səviyyəsində siyasi yanaşması kimi təqdim edilir”

2020/03/defau-1585466883.jpg
Oxunub: 833     11:26     03 Aprel 2020    
“Rusiyada həyata keçirilən proseslərin Ermənistanın daxili dövlət səviyyəsində siyasi yanaşması kimi təqdim edilməsinə baxmayaraq, bu, yalnız hüquqi xarakter daşıyır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş prokuroru Gevorq Kostanyan “1 Mart” işi üzrə araşdırma aparan istintaq qrupunun sabiq rəhbəri Vahaqn Harutyunyanın ətrafında baş verən proseslərə toxunarkən deyib.

Qeyd edək ki, Harutyunyanın ətrafında maraqlı hadisələr baş verir.

Xüsusilə, 2020-ci il martın 15-də Harutyunyan Rusiyada tapılıb və həbs olunub, martın 16-da isə onun vəkili Mihran Poğosyan bildirib ki, Rusiya hüquq-mühafizə orqanları onu sərbəst buraxıb.

Bu vəziyyətdən sonra Ermənistan Xüsusi İstintaq Xidməti ayağa qalxıb və “1 Mart” işi üzrə araşdırma aparan istintaq qrupunun keçmiş rəhbəri Vahaqn Harutyunyanın həbs olunması ilə bağlı məhkəməyə vəsatət təqdim edib, lakin martın 17-də İrəvan Şəhər Ümumi Yurisdiksiya Məhkəməsi bu vəsatəti rədd edib.

Kostanyan bu vəziyyətə toxunaraq qeyd edib ki, hüquq-mühafizə sisteminin hazırladığı uzun və geniş hesabatlar hər hansı sübutlardan və əsaslandırmadan məhrumdur, bu, daxili auditoriya və Ermənistan ictimaiyyətinə imtahan imitasiyası üçündür, beynəlxalq instansiya və digər ölkələr isə bəyanatlara yox, bu bəyanatların əsasına qoyulmuş hüquqi arqument və sübutlara əhəmiyyət verirlər.

Yeri gəlmişkən, Harutyunyanın həbs olunması ilə bağlı məhkəməyə təqdim olunmuş vəsatət 4-cü vəsatət idi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   1-Mart  

Sabiq erməni baş prokuror: “Bu, Ermənistanın daxili dövlət səviyyəsində siyasi yanaşması kimi təqdim edilir”

2020/03/defau-1585466883.jpg
Oxunub: 834     11:26     03 Aprel 2020    