Çexiya hərbi büdcəsinə və bir sıra hərbi müqavilələrə ixtisarlar edəcək

2020/03/p1766-1585463730.jpg
Oxunub: 1433     16:47     29 Mart 2020    
Çexiya ölkənin müdafiə xərclərində və bir sıra strateji hərbi müqavilələrdə ixtisarlar etməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çexiya Baş naziri Andrej Babiş danışıb.

O bildirib ki, buna səbəb koronavirus (COVID-19) pamdemiyası ilə əlaqədar digər sahələrə (məsələn, səhiyyə) daha çox maliyyə tələb olunmasıdır.

“Piyada döyüş maşınlarına ehtiyac olmayacağını düşünmürəm, amma bu müharibə üçün (Covid-19-a qarşı) digər əşyalara ehtiyacımız var”, - deyə Baş nazir qeyd edib.

Çexiya Maliyyə naziri Alena Şillerova hərbi müqavilələr üçün Müdafiə Nazirliyinə veriləcək təxminən 116 milyon dolların (3 milyard çex kronu) təxirə salınması ilə bağlı ilkin addımların atıldığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çexiya   Ordu   Hərbi  

Çexiya hərbi büdcəsinə və bir sıra hərbi müqavilələrə ixtisarlar edəcək

2020/03/p1766-1585463730.jpg
Oxunub: 1434     16:47     29 Mart 2020    