Təxribata cəhd edən erməni hərbi qulluqçu yaralanıb

2019/06/15041-1559370737.jpg
Oxunub: 1301     15:09     27 Mart 2020    
Ermənistanın Tavuş vilayətindəki döyüş mövqeyindən təxribata cəhd edən bir müqaviləli erməni hərbi qulluqçu yaralanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan məlumat verib.

Qeyd edək ki, bu gün 12:00 radələrindən başlamaqla Qazax ra­yo­nu istiqamətində sərhəd döyüş məntə­qələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyem­beryan rayonu­nun Baqanis kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iriçaplı si­lah­­lardan və snayper tüfəng­lərindən intensiv atəşə tutul­ub.

Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş və snayper möv­qeləri cavab atəşi ilə susdurulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Təxribat   Atəşkəs  

Təxribata cəhd edən erməni hərbi qulluqçu yaralanıb

2019/06/15041-1559370737.jpg
Oxunub: 1302     15:09     27 Mart 2020    