Naxçıvan Qarnizonu Qoşunlarında yarış keçirilib - VİDEO

2020/03/1585236236.jpg
Oxunub: 662     19:00     26 Mart 2020    
Naxçıvan Qarnizonu Qoşunlarında “Ən yaxşı tank və zirehli döyüş maşını heyəti” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə,yarışın planına əsasən tanklar, piyadanın döyüş maşınları və zirehli transportyorlar üzrə bilikləri yoxlanılan hərbi qulluqçulardan döyüş və texniki hazırlıq üzrə normativlər qəbul olunub.

Heyətlər döyüş texnikalarından ustalıqla istifadə edərək hədəfləri sərrastlıqla məhv edib və sürücülük çalışmalarını peşəkarlıqla yerinə yetiriblər.

“Ən yaxşı tank və zirehli döyüş maşını heyəti” adı uğrunda yarışda fərdi qiymətləndirmə də aparılaraq ən yaxşı tank-döyüş maşını komandiri, tuşlayıcı-operator və mexanik-sürücü adlarını qazananlar da olub. Yarışda yüksək nəticələr göstərmiş hərbi qulluqçular Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Naxçıvan Qarnizonu Qoşunlarında yarış keçirilib - VİDEO

2020/03/1585236236.jpg
Oxunub: 663     19:00     26 Mart 2020    