DSX rəisi "Samur" buraxılış məntəqələrində sanitar-karantin tədbirlərini yoxlayıb - FOTOLAR

2020/03/fdfd-1585135331.jpg
Oxunub: 1363     14:55     25 Mart 2020    
Azərbaycan Prezidenti İlham Əli­yevin rəhbərliyi altında ölkə ərazisində koronavirus infeksiyası­nın yayıl­ma­sının qarşısının alınması məqsədilə həyata keçirilən kom­pleks tədbirlər çərçivəsində dövlət sərhədindən buraxılış mən­tə­qə­lərində sərhəd nəzarəti fəaliyyəti gücləndirilmiş iş reji­mində həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sər­hədçiləri dövlət sərhədindən buraxılış məntə­qə­­lərində Azərbay­can Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərarga­hın müəy­yən etdiyi qaydada sanitar-ka­ran­tin və digər rejim təd­birlərinin həyata keçirilməsini təşkil edir və “Tibbi Ərazi Bölmə­lərinin İda­rəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.

Martın 25-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinə gedib və Rusiya Federa­si­ya­sından avtomobil yolu ilə ölkəyə daxil olan Azərbaycan Res­pub­likası vətəndaşlarının sanitar-karantin tədbirlərinə cəlb olun­masının təşkili vəziyyətini yoxlayıb.

Dövlət sərhədindən buraxılış məntəqə­sin­də rejim tədbir­ləri­nin təşkili, o cümlədən ölkəyə gələn vətən­daşlar üzərində sərhəd və göm­rük nəzarətinin həyata keçirilməsi, həmin şəxslərin həra­rətinin ölçülməsi və digər sanitar-karantin tədbirlərinə cəlb edil­mələri və­ziy­yəti yoxla­nılıb, xəstəliyə yoluxmalarına şübhə yara­nan şəxs­lərin tibbi təxliyəsi tədbirləri nəzərdən keçirilib.

Ölkə ərazisinə gələn və Azərbaycan Respublikasının Föv­qəladə Hallar Nazirliyinin təşkil etdiyi səhra hospitalında ilkin müa­yi­­nələrə cəlb olunan vətəndaş­larla görüş keçirilib, Prezident İlham Əliyevin rəhbərliyi al­tın­da koronavirus infeksiyasına qarşı mü­barizə çərçivəsində gö­rü­lən işlər haqqında onlara geniş məlumat verilib, vəziyyətləri ilə maraqlanılıb, xahiş və mü­ra­ciətləri dinlənilib.

Karantində sax­la­nı­lacaq şəxslərin qal­ması üçün ayrılmış yer­lə­rə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nə­zərdə tutul­muş nəqliy­yat vasitələrinə baxış keçirilib.

Dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan şəx­si heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər verilib.

Səfər çərçivəsində Rusiya Federasiyasının Federal Təhlükə­sizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəh­bəri general-leytenant Aleksey Buyerov ilə işçi görüş keçiril­ib, Azərbaycan Respublikası və Rusiya Federasiyası vətən­daşlarının sərhədkeçmə prosedurlarının və nəqliyyat vasitələrinin yoxlanış­larının tezləşdirilməsi, şəxslərin dövlət sərhədindən hərə­kə­tinin müvəqqəti ola­raq yalnız “Sa­mur” (AR) – “Yaraq-Qazmalar” (RF) dövlət sərhədindən bura­xılış məntəqəsindən, avtomobil nəq­liy­yat vasitələrinin isə “Samur” və “Xanoba” dövlət sərhədindən bura­xılış məntəqələrindən həyata keçirilməsi məsələləri müzakirə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX   Samur  

DSX rəisi "Samur" buraxılış məntəqələrində sanitar-karantin tədbirlərini yoxlayıb - FOTOLAR

2020/03/fdfd-1585135331.jpg
Oxunub: 1364     14:55     25 Mart 2020    