Ermənistanın İsraildə səfirlik açmaq qərarına İrandan sərt REAKSİYA

2020/03/3454-1584612743.jpg
Oxunub: 4651     15:51     19 Mart 2020    
Bir neçə gün bundan öncə İran parlamenti sədrinin xüsusi köməkçisi və beynəlxalq məsələlər üzrə müşaviri Hüseyn Əmir Abdullahiyan Ermənistanın İsraildə səfirlik açmaq üçün qəbul etdiyi qərara sərt reaksiya verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, İrəvanın bu addımının bölgənin təhlükəsizliyinə və sabitliyinə mənfi təsir edəcəyini bildirib.

Bu, ən azından son illərdə ilk dəfə iranlı bir vəzifəli şəxsin Ermənistanı bölgədəki qeyri-sabitlik və qeyri-təhlükəsizlik yaradılmasında ittiham etməsidir.

İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan “Tasnim” xəbər agentliyi “Sionist rejimin (İsrail – red.) Ermənistan üçün qurduğu tələ” başlıqlı məqalədə qeyd edib ki, Ermənistanda hakimiyyətə gəlmiş qərbyönümlü qüvvələr İsraillə əlaqələrin yaxşılaşdırılmasının onların maraqlarına xidmət edə biləcəyi və qarşılaşdıqları problemləri həll edə biləcəyi qənaətinə gəliblər.

Yeri gəlmişkən, müəllif Ermənistan hakimiyyətinə İranın sərt reaksiyası barədə xəbərdarlıq edib.

“Mehr” xəbər agentliyi də “Amerika-İsrail tapmacasında Ermənistanın oyunu” başlıqlı məqaləsində mövzuya yeni şəkildə toxunub. “Tasnim” ilə müqayisədə daha sərt anti-erməni tonu nümayiş etdirən məqalə 2018-ci ilin aprelində Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyi məsələsində başqa amillərlə yanaşı açıq şəkildə İrana zərbə vurmağa çalışan gizli aktorun müdaxiləsini təsirli hesab edib.

Məqalədə, həmçinin Ermənistandakı İran vətəndaşlarının bank hesabları ilə bağlı problemlərə və koronavirusun yayılması xəbəri nəşr olunan kimi Ermənistanın İranla sərhədləri bağlamasına da toxunulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İran   İsrail   Səfirlik  

Ermənistanın İsraildə səfirlik açmaq qərarına İrandan sərt REAKSİYA

2020/03/3454-1584612743.jpg
Oxunub: 4652     15:51     19 Mart 2020    