1 nəfəri öldürüb 2 nəfəri yaralayan erməni hərbi qulluqçu ilə bağlı DETALLAR

2019/03/5a104-1552550664.jpg
Oxunub: 1186     14:44     19 Mart 2020    
Xəbər verdiyimiz kimi, martın 18-də, saat 22:00 radələrində Ermənistanın Tavuş vilayətində baş vermiş hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisənin baş verdiyi Artsvaberd kəndinin rəhbəri Samvel Soğoyan bildirib ki, qətl hadisəsi üzrə həbs olunmuş şəxs onların kənd sakinidir, Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi işləyir.

“Evlidir, 3 azyaşlı uşağı var, normal işləyib yaşayırdılar. Kənddə hər hansı aqressiv və ya pis davranışla heç vaxt diqqəti çəkməyib. Düzünü desəm, onu bu cür addıma nə vadar edə biləcəyini deyə bilmərəm”, - deyə o bildirib.

Kənd rəhbərinin sözlərinə görə, o, hadisə yerinə çatana qədər polis artıq orada olub və 26 yaşlı M.Artakı həbs edib.

Qeyd edək ki, faktla bağlı Berd şəhərinin istintaq şöbəsində Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-cü hissəsi ilə cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Erməni   Əsgər   Qətl  

1 nəfəri öldürüb 2 nəfəri yaralayan erməni hərbi qulluqçu ilə bağlı DETALLAR

2019/03/5a104-1552550664.jpg
Oxunub: 1187     14:44     19 Mart 2020    