Ermənistan və Rusiya arasında münasibətlər gərginləşir - SƏBƏB

2019/12/image-1575373712.jpg
Oxunub: 1076     17:10     19 Mart 2020    
Məlum olduğu kimi, Ermənistanda 2018-ci il hakimiyyət dəyişikliyindən sonra keçmiş hakimiyyətin barəsində müxtəlif cinayət işləri açılan bəzi nümayəndələri təxminən iki ildir ki, Rusiya ərazisindədir, üstəlik onlardan bəziləri orada siyasi sığınacaq alıblar.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hakimiyyəti bununla bağlı narahatdır, bunu gizlətmir və Rusiya hakimiyyətinə KİV-lər və aşağı səviyyəli rəsmilər vasitəsilə öz narahatlığını bildirir.

Məlumata görə, “1 Mart” işi üzrə araşdırma aparan istintaq qrupunun keçmiş rəhbəri Vahaqn Harutyunyan bir neçə gün bundan öncə Moskvada həbs olunanda və bundan qısa müddət sonra sərbəst buraxılanda Ermənistan səlahiyyətliləri Rusiya hakimiyyətinin ali dairələri ilə telefon danışıqlarında bu faktla bağlı öz narahatlıqlarını ifadə ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya  

Ermənistan və Rusiya arasında münasibətlər gərginləşir - SƏBƏB

2019/12/image-1575373712.jpg
Oxunub: 1077     17:10     19 Mart 2020    