İrəvanın qərarı nə olacaq?| Rusiya “1 Mart” cinayətində iştirak edən 3 şəxsi təcrid edir

2020/03/22-1584607578.jpg
Oxunub: 1996     15:24     19 Mart 2020    
Rusiya hüquq mühafizə orqanlarının “1 Mart” hadisəsi ilə ittiham olunan istintaq qrupunun keçmiş rəhbəri Vahaqn Harutyunyanın sərbəst buraxılması ilə bağlı qərarına toxunan Ermənistan baş prokurorluğu bildirib ki, Rusiya qanunlarına görə Harutyanın ittiham edildiyi “1 Mart” cinayətinin müddəti keçib

Harutyunyan Rusiyada olan “1 Mart” cinayəti üzrə ittiham edilən keçmiş üç yüksək vəzifəli şəxsdən biridir. Digər iki nəfər Ermənsitanın sabiq Müdafiə naziri Mikayel Harutyunyan və keçmiş baş prokuror Qevork Kostanyandır.

Kostanyan bir neçə həftə əvvəl Paşinyanın iştirakı və ictimaiyyətə açıq şəkildə dindirilməsinin təmin ediləcəyi təqdirdə, Ermənistana qayıtmağa, bütün sualları cavablandırmağa hazır olduğunu bildirib. Ermənistan Xüsusi İstintaq Xidməri onun bu açıqlamasına imtina ilə cavab verib.

Harutyunyan Rusiya vətəndaşıdır. Bununla da onun Ermənistana ekstradisiyası məsələsi faktiki olaraq qapanıb. Böyük ehtimalla Harutyunyanın təhvil verilməsi məsələsi də bağlanacaq.

Beləliklə, Rusiya Federasiyasının hüquq-mühafizə sistemi Ermənistanda hakimiyyət dəyişikliyindən sonra başlayan “1 Mart” hadisəsi ilə bağlı cinayət işində adı çəkilən üç əsas şəxsi təcrid edib.

Bununla da Rusiya Ermənistandakı müttəhimlərə xidmət etmiş olub, yoxsa bu onların vəziyyətini daha da pisləşdirib?

Erməni siyasi ekspert Aram Amtuni qeyd edir ki, bu məsələyə ilə bağlı birmənalı cavab verən yoxdur.

“Bir tərəfdən Ermənistanın əsas vəzifəli şəxslər Rusiyadadır, halbuki onların iştirakı “1 Mart” cinayətinin daha sürətli və geniş tərkibdə açılmasına kömək edə bilərdi. Digər tərəfdən, həmin üç vəzifəli məmur Ermənistanda olmasa, “1 Mart” hadisəsinin açılaması qeyri-mümkün olacaqmı? Bu o deməkdir ki, işə cavabdeh olan Xüsusi İstintaq Xidməti Rusiya hüquq-mühafizə orqanlarının cinayətin üstünün açılmasına mane olub-olmadığını qeyd edərək problemi həll etməli və vəziyyəti aydınlaşdırmalıdır. Ona görə bu məsələdən təbii ki, artıq siyasi əhəmiyyətə malik məsələlər ortaya çıxır. Əlbətdə mümkündür ki, işin bu həddə çatdırılmaması üçün müvafiq qurumlar indi bu cür açıqlamalardan çəkinirlər. Ancaq 3 nəfərin olmadığı təqdirdə və cinayət işinin “- 3” vəziyyəti formatında işinin araşdırılmasının faktiki olaraq nə yerdə olmasına dair sual yaranır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   1-Mart  

İrəvanın qərarı nə olacaq?| Rusiya “1 Mart” cinayətində iştirak edən 3 şəxsi təcrid edir

2020/03/22-1584607578.jpg
Oxunub: 1997     15:24     19 Mart 2020    