Ermənistanda keçmiş polis qətl törədib

2020/03/unnam-1584606624.jpg
Oxunub: 817     12:28     19 Mart 2020    
Martın 19-da, saat 05:20 radələrində İrəvan şəhər polis idarəsi və Ermənistan Fövqəladə Hallar Nazirliyinin operativ idarəetmə mərkəzinə məlumat daxil olub ki, Yekmalyan 1/1 binasının 7-ci mərtəbəsində yerləşən mənzillərdən birinin girişi yaxınlığında kişi meyiti var.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, polis və müstəntiqlər qeyd edilən binanın 7-ci mərtəbəsində yerləşən mənzillərdən birinin girişi yaxınlığında həmin binanın sakini, 47 yaşlı Artur Marqaryanın meyitini tapıblar.

Cəsədin üzərində odlu silahdan açılmış iz tapılıb. Qeyd edilən mərtəbədə isə avtomatdan açılmış böyük sayda kapsul tapılıb və atəş nəticəsində evin qapısına da zərər dəyib. Polis İrəvan şəhər sakini, 35 yaşlı Qor Ter-Yesayanı həbs edib.

Qor Ter-Yesayan əvəllər polisin təşkil etdiyi cinayətkarlığa qarşı mübarizə idarəsində (6-cı baş idarə) işləyib və tanınmış vəkil Tiqran Ter-Yesayanın qardaşı oğludur. Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Qətl   Polis  

Ermənistanda keçmiş polis qətl törədib

2020/03/unnam-1584606624.jpg
Oxunub: 818     12:28     19 Mart 2020    