Erməni hərbi qulluqçu 1 nəfəri öldürüb, 2 nəfəri yaralayıb

2019/01/13-15-1548935080.jpg
Oxunub: 2808     10:37     19 Mart 2020    
Martın 18-də Ermənistanın Tavuş vilayətində qətl baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 22:00 radələrində Berd tibb mərkəzindən Tavuş polis bölməsinə məlumat daxil olub ki, bir qrup həkim Artsvaberd kəndinin mərkəzi küçəsinə - xalq arasında Mehrab hərbi hissəsi kimi tanınan hərbi hissənin yaxınlığındakı kəsişməyə gedib.

Həkimlər qeyd olunan ərazidə 1 nəfəri ölü, 2 nəfəri yaralı vəziyyətdə tapıblar. Polis və müstəntiqlər müəyyən ediblər ki, ölmüş şəxs Tavuş vilayətinin Berd şəhərinin Ayqedzor kənd sakini, 23 yaşlı Boris Alipyan, yaralılar isə Tavuş vilayətinin Berd şəhərinin Ayqedzor kənd sakini, 21 yaşlı Sarkis Babayan və Davit Tsağkyandır.

Yaralılar Berd tibb mərkəzinə yerləşdiriliblər. Faktla bağlı Berd şəhərinin istintaq şöbəsində Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb.

Tavuş vilayətinin polis və müstəntiqləri qeyd edilən qətllə bağlı 26 yaşlı M.Artakı nəzarət altına alıb. M.Artak Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Tavuş   Hərbi-qulluqçu   Ordu  

Erməni hərbi qulluqçu 1 nəfəri öldürüb, 2 nəfəri yaralayıb

2019/01/13-15-1548935080.jpg
Oxunub: 2809     10:37     19 Mart 2020    