Paşinyan Ermənistan MTX və polisinə kimlərin rəhbərlik edəcəyinə qərar verib

2020/03/Paşi-1584597283.jpg
Oxunub: 745     10:05     19 Mart 2020    
Ermənistanın polis rəisi vəzifəsinin müvəqqəti əvəzedicisi Arman Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin müvəqqəti direktoru Eduard Martirosyan öz vəzifələrində qalmağa davam edəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Şant” televiziyasına verdiyi açıqlamasında Nikol Paşinyan bildirib.

Qeyd edək ki, bu şəxslər 2019-cu il sentyabrın 19-dan başlayaraq Ermənistan Milli Təhlükəsizlik Xidməti və polisinə müvəqqəti əvəzedicilər olaraq rəhbərlik ediblər.

“Artıq qərar qəbul etmişəm, onlar öz işini davam etdirəcəklər”, - deyə Paşinyan qeyd edib. O bildirib ki, martın 19-da sözügedən şəxslərin təyinatı barədə qərar olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan   MTX   Polis  

Paşinyan Ermənistan MTX və polisinə kimlərin rəhbərlik edəcəyinə qərar verib

2020/03/Paşi-1584597283.jpg
Oxunub: 746     10:05     19 Mart 2020    