Erməni hərbi ekspert: “Qarabağ məsələsində “İdlib ssenarisi” haqqında danışmaq tamamilə yersiz və absurddur”

2020/03/31131-1584597039.jpg
Oxunub: 1293     11:12     19 Mart 2020    
“Qarabağ münaqişəsi halında “İdlib ssenarisi” ifadəsi tətbiq baxımından tamamilə yersiz və absurddur, yəni belə bir ssenari haqqında söhbət ola bilməz”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Taron Hovhannisyan Azərbaycan ordusunun Qarabağda “İdlib ssenarisi”nə hazırlaşması ilə bağlı mətbuatda yayılmış xəbərlərə toxunarkən bildirib.

Azərbaycanın Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları almaq istəməsi və Azərbaycan Müdafiə naziri Zakir Həsənovun martın əvvəllərində keçirilmiş geniş miqyaslı hərbi təlimlərin nəticələrini açıqlayaraq “Bundan sonra Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi Azərbaycan ordusunun hazırlıq planına daxil ediləcək, ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi, eləcə də müasir türk silahının, hərbi texnika və avadanlıqlarının alınması davam etdiriləcək” sözlərinə toxunarkən Hovhannisyan bildirib ki, hər kəs müxtəlif silah növləri ala bilər.

“Hər kəs müxtəlif silah növləri ala bilər, lakin hal-hazırda bunun məqsədəuyğunluğunu müşahidə etmək lazımdır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ   İdlib  

Erməni hərbi ekspert: “Qarabağ məsələsində “İdlib ssenarisi” haqqında danışmaq tamamilə yersiz və absurddur”

2020/03/31131-1584597039.jpg
Oxunub: 1294     11:12     19 Mart 2020    