Fransa HHQ-nin dominantlığının əsas səbəbi - "Dassault Rafale" (ARAŞDIRMA)

2020/04/7-11115849367.jpg
Oxunub: 3053     12:00     01 May 2020    
Son onilliklər ərzində Fransa Hərbi Hava Qüvvələri Folklend adalarında, İran Körfəzində, Bosniyada, Kosovada, Əfqanıstanda, Liviyada, Malidə, Mərkəzi Afrika Respublikasında, İraqda və Suriyada baş verən bütün münaqişələrin demək olar ki, hamısında aktiv iştirak edən azsaylı hərbi güc komponentlərdən biridir. Bu baxımdan döyüş təcrübəsinə görə Fransa HHQ-nin ABŞ-dan sonra Böyük Britaniya ilə 2-ci və 3-cü yeri bölüşdüyünü desək, yanılmarıq. Aviasiya istehsalında isə ingilislər fransızlardan aşkar şəkildə geri qalır.

Müasir müharibələrdə yerüstü və dəniz əməliyyatlarının etibarlı və səmərəli şəkildə aparılması üçün münaqişənin ilk günündən hava məkanında üstünlük əldə edilməlidir. Bu üstünlüyü əldə etmək üçün hazırlanan müasir vasitələrdən biri də Fransanın “Rafale” qırıcılarıdır. Hərbi aviasiya vasitələrinin istehsalı hazırda barmaqla sayılacaq ölkələrdə həyata keçirilə bilir. Bu dəfə Sizə Fransanın aviasiya istehsal potensialı, “Rafale” qırıcısının istehsalçısı, yaradılma tarixi, ixracı, modifikasiyaları, döyüş tətbiqi, texniki uçuş xüsusiyyətləri, qəzaları, istifadəçiləri və s. barədə məlumat veriləcək.

Fransanın aviasiya istehsal potensialı

Fransa ilk təyyarələrin yaranmasından sonra daim dünyanın aparıcı aviasiya istehsalçılarından biri olub və indi də belə qalmaqda davam edir. Fransa aviasiyası Birinci Dünya müharibəsi illərində ən güclülərdən biri hesab edilirdi, lakin İkinci Dünya müharibəsində ölkənin Hitler Almaniyası tərəfindən işğal edilməsi, fransızların mövqelərini bir qədər itirməsi ilə nəticələndi. Müharibədən sonra fransızlar milli HHQ-lərini aktiv şəkildə yenidən yaratmağa başladılar.

Bu dövrdə Fransa təyyarə istehsalçısı olan şirkətlər bir çox uğurlu layihələrə imza atdılar. Ölkədəki əsas təyyarə istehsalçısı, istedadlı aviasiya konstrukoru və iş adamı Marsel Dasso tərəfindən təsis edilən “Dassault Aviation” şirkəti oldu. Bu məşhur aviasiya konstruktorunun son parlaq işi çoxfunksiyalı “Dassault Rafale” qırıcısının yaradılmasından ibarət oldu.

Təyinatı

“Dassault Rafale” qırıcısının təyinatı hava döyüşlərində və aerodromlarda düşmən təyyarələrinin (PUA-larının) məhv edilməsindən, öz qoşunları və sabit oyektlərinin düşmənin hava hücumlarından qorunmasının təmin edilməsindən, müşahidə və maneə aerostatlarının sıradan çıxarılmasından, öz aviasiyasının döyüş əməliyyatlarını təmin etməkdən və zəruri hallarda hava fotoçəkilişlərinin həyata keçirilməsindən ibarətdir.

Qırıcılar həm quru qoşunlarına hücum etmək, həm də ümumqoşun və aviasiya komandanlığının maraqlarında kəşfiyyat missiyaları həyata keçirmək üçün də istifadə edilə bilər.

Havada üstünlük (hökmranlıq) uğrunda mübarizə, hədəflərdən asılı olaraq müxtəlif üsul və vasitələrlə, əsasən əməliyyat və taktiki hava üstünlüyü kimi iki fərqli mübarizə formasında aparılır. Əməliyyat hava üstünlüyü, quru qüvvələri tərəfindən aparılan əməliyyat zamanı hava üstünlüyünü qazanmağı özündə ehtiva edir və düşmənin hərbi hava qüvvələrinin, təchizat və təminat mənbələrinin, həmçinin düşmənin aerodrom şəbəkəsinin məhv edilməsini tələb edir.

Taktiki üstünlük uğrunda mübarizə isə düşmən təyyarələrinin cəbhənin müəyyən bir hissəsində bir neçə saat ərzində fəaliyyətinin qarşısını almaq kimi məhdud məqsədlər daşıyır.

Əməliyyat hava üstünlüyü uğrunda mübarizə bütün növ hərbi aviasiya və hava hücumundan müdafiə sistemləri tərəfindən aparılır. Bu zaman qırıcılar düşmənin hava vasitələri ilə mübarizə aparan digər aviasiya növlərinin fəaliyyətini təmin etmək üçün xüsusi vəzifələr də yerinə yetirə bilər.

“Dassault Aviation”

Fransanın “Dassault Aviation” şirkəti “Mirage 2000”, “Mirage 4000”, “Mirage 50”, “Falcon Guardian”, “Atlantique 2” (ATL 2), “Mirage III NG” və “Rafale” qırıcıları kimi hərbi; “Falcon 30”, “Falcon 50”, “Falcon 100”, “Falcon 200”, “Falcon 900”, “Falcon 2000”, “Falcon 7X”, “Dassault M.D.320” və “Mercure” kimi mülki aviasiya vasitələrinin istehsalçısıdır.

Bundan başqa şirkət “EASy” (Enhanced Avionics System) bort radioelektron avadanlıqları (avionika sistemi), “nEUROn” kəşfiyyat-zərbə PUA-sı, HISAC (High Speed Aircraft) ekoloji cəhətdən təmiz səsdən sürətli təyyarə, VEHRA (Vehicule experimental hypersonique reutilisable aeroporte) təkrar istifadə edilə bilən eksperimental hava vasitəsi proqramları üzrə layihələri də həyata keçirir.

Yaradılma tarixi

“Rafale” dördüncü nəsil qırıcılara aiddir, bu təyyarə tamamilə fransızların layihəsidir, xarici şirkətlər onun inkişafında iştirak etməyib, onun başqa ölkələrdə istehsal olunan komponentləri də yoxdur. Hazırda bu qırıcı dünyanın ən yaxşılarından biri sayılır. Növbəti nəsil qırıcını hazırlamadan Avropanın dərhal 6-cı nəsilə keçdiyini nəzərə alsaq, “Dassault Rafale” qırıcısının qoca qitənin tamamilə bir ölkəsində yaradılan son döyüş təyyarəsi olduğunu da iddia edə bilərik.

Qırıcının hazırlanmasına 1983-cü ildə başlanıb. Hərbçilər geniş çeşidli tapşırıqları yerinə yetirə bilən, yerüstü, hava və suüstü hədəflərlə mübarizə apara biləcək yeni və vahid döyüş təyyarəsi əldə etmək istəyirdi. “Dassault Aviation” yeni bir vasitə hazırlamağa tələsməyə bilərdi, çünki həmin dövrdə Fransada çox sayda yeni və müasir döyüş təyyarələri mövcud idi.

Bundan iki il əvvəl isə fransızlar Avropanın FEFA qırıcısını yaratmaq üçün birgə proqramı tərk etdilər. Səbəb çox sadə idi: Fransa aviadaşıyıcının göyərtəsinə yerləşdirilə bilən 9000 kq-a qədər yüngül təyyarə əldə etmək istəyirdi, qalan proqram iştirakçıları isə ağır qırıcı hazırlamaq niyyətini gizlətmirdi. Fransız hərbçiləri o dövrdə Fransa Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin silahlanmasında mövcud olan 7 fərqli tip təyyarəni əvəz edə bilən, daha az kütləyə malik və aşağı istismar xərcləri tələb edən kompakt, universal və çoxməqsədli bir qırıcıya ehtiyac duyurdu. Bu xüsusiyyətləri sonradan özündə birləşdirdiyi üçün “Rafale” qırıcıları həqiqətən də unikal aviasiya vasitəsi adlandırıla bilər.

“Rafale”: istehsalı, sınaqları, imkanları və ixracı

“Rafale” qırıcısı hazırlanarkən “Dasso Aviation” şirkətinin dizaynerləri “Mirage” təyyarələrinin hazırlanmasında tətbiq edilən qırx illik təcrübələrindən istifadə etdilər. “Rafale” təyyarələrində “Mirage” qırıcılarının xarici gürünüşünün bəzi ümumi cizgilərini də görmək çətin deyil.

1986-cı ilin iyulun 4-də çoxməqsədli “Dassault Rafale” qırıcısının təcrübə-nümayiş modifikasiyası ilk uçuşunu həyata keçirdi. Əslində bu versiya müxtəlif texnoloji həllərinin sınaqdan keçirildiyi gələcək qırıcının ilk prototipi idi.

1991-ci ildə “Rafale” qırıcısının növbəti modifikasiyası olan “Rafale C” havaya qalxdı. Bu versiya təkoturacaqlı qırıcı-ələkeçiricinin prototipi oldu.

Elə həmin il, “Rafale M” versiyası da havaya qalxdı. Bu avidaşıyıcılara yerləşdiriləcək göyərtə tipli qırıcı idi. Bu versiya artan kütləsi və möhkəmləndirilən şassi dizaynı ilə fərqlənirdi. Bu modifikasiyalar 2004-cü ildə Fransa Hərbi Dəniz Qüvvələri, 2006-cı ildə isə Hərbi Hava Qüvvələri tərəfindən silahlanmaya qəbul edildi. 2009-cu ildə Fransa ordusu əlavə olaraq 60 ədəd “Dassault Rafale” qırıcıları sifariş etdi.

2011-ci ildə Fransa Müdafiə Naziri “Rafale” istehsalının dayandırıla biləcəyini elan etdi, lakin 2012-ci ilin əvvəlində “Dasso Aviation” Hindistan Hərbi Hava Qüvvələri üçün 126 ədəd “Rafale” təyyarəsinin tədarükü üçün böyük məbləğə malik tenderi qazandı.

Bəzi məlumatlara görə, imzalanan müqavilənin məbləği 10.4 milyard dollar oldu, digər mənbələr isə Fransa şirkətinin pilot təlimi və təyyarələrin texniki xidməti üçün vəsait də daxil olmaqla 15 milyard dollar əldə etdiyini bildirdi.

“Dasso Aviation” ilk 18 ədəd qırıcını 2019-cu ildə Hindstana təhvil verdi. Qalan vasitələrinin sifarişçinin ərazisində istehsalı nəzərdə tutulurdu. Keçən il müqavilənin ləğv olunması barədə məlumatlar ortaya çıxdı. İlk müqavilənin ləğv olunmasına səbəb kimi, istehsalçının texnologiyanı müştəriyə təhvil verməkdən imtina etməsi göstərilir.

Hindistan əvvəlcə Rusiyanın “Su-30”, sonralar isə “Su-57” təyyarəsini Fransa təyyarələri üçün ucuz bir əvəzləyici kimi qiymətləndirsə də, sonradan rus hava vasitələrindən zəif TTX səbəbindən imtina edərək yenidən 36 ədəd “Rafale” qırıcısını sifariş verdiyi məlum oldu.

2000-ci illərdə qırıcılara 100 km-ə qədər hədəf aşkarlama məsafəsinə və passiv fazalı antenə malik (PFAR) radar stansiyaları quraşdırılırdı. 2010-cu ildən isə yeni aktiv fazalı RBE2-AESA (AFAR) tipli RLS-lər hazırlanmağa başlandı. Onlar 2016-cı ildən etibarən qırıcılarda quraşdırılır. Nəticədə qırıcıların hədəf aşkarlama məsafəsi 220 km-ə qədər artırıldı. Bu isə fransız qırıcısını sinifinin liderlərindən birinə çevirdi.

Silahlanması

“Dassault Rafale” qırıcılarının silahlanmasına aşağıdakı top və raketlər daxildir:

- 1 ədəd 30 mm “Nexter DEFA 791B” topu;
- atəş tempi 2500 ədəd/dəq;
- sursat dəsti - 125 ədəd OPIT tipli zirehdələn-yandırıcı trasser mərmisi.
Raketləri:
- “hava-hava” tipli - MICA, AIM-9, AIM-120, AIM-132, MBDA” Meteor”, “Majic” II;
- “hava-yer” tipli - nüvə başlığına malik ASMP, “Apache”, AM-39, “Storm Shadow”, AASM.

Döyüş tətbiqi

ABŞ yardımı olmadan bir Avropa ölkəsi tərəfindən yaradılan yeganə qırıcının ilk dəfə döyüş tətbiqi 2007-ci ilin martında NATO-nun Əfqanıstanda əməliyatları zamanı həyata keçirilib. 2011-ci ilin martından etibarən isə onlar NATO-nun Liviyadakı hərbi əməliyatlarında istifadə olunub. Liviyanın Misurata aerodromunda ən azı 5 ədəd “MiQ-23” qırıcısı və 2 ədəd “Mi-35” hücum helikopteri “Rafale” tərəfindən məhv edilib. Onlar 2015-2016-cı illərdə koalisiya qüvvələrinin bir hissəsi olaraq “Şarl de Qoll” aviadaşıyıcısından İraq və Suriyadakı İŞİD qüvvələrinə hücumlarda iştirak edib.

Texniki xüsusiyyətləri

Əvvəlcədən qeyd edim ki, “Rafale” qırıcılarının bəzi texniki uçuş göstəriciləri istehsalçının səhifəsində əksini tapmadığı üçün mövcud olan digər açıq mənbələrdən istifadə edilib. Bu göstəricilərin isə təyyarənin modelinə görə bir qədər fərqli olması mümkündür.

Ekipaj: 1-2 nəfər
Uzunluğu: 15.30 m
Hündürlüyü: 5.30 m
Qanad açılımı: 10.90 m
Qanadının sahəsi: 45.7 m²
Boş kütləsi: 10300 kq
Faydalı yüklə kütləsi: 147100 kq
Maksimal uçuş kütləsi: 24500 kq
Faydalı yükün kütləsi: 9500 kq
Yanacaq tutumu:
4700 kq (təkoturacaqlı variant üçün);
4400 kq (ikioturacaqlı variant üçün);
6700 kq (asqılarda yerləşdirilən əlavə çənlərlə).
Güc qurğusu: 2 ədəd forsaj kameralı “Snecma M88-2” turbo-reaktiv mühərrik
Mühərrikin kütləsi: 897 kq
Maksimum çəkmə qüvvəsi: 2x5100 kq
Forsajda çəkmə qüvvəsi: 2x7500 kq
Turbinin önündə temperatur: +1577 °C (1850 K)

Uçuş xüsusiyyətləri

Maksimum sürət:
Maksimum hündürlükdə: 1.8 Max (1915 km/s)
Aşağı hündürlükdə: 1.1 Max (1390 km/s)
Uçuş məsafəsi: 3700 km
Uçuş radiusu: 1800 km
Faydalı yüklə döyüş radiusu: 1389 km
Uçuş yüksəkliyi: 15240 m
Yüksəkliyə dırmanma sürəti: 305 m/s
Qanad yüklənməsi: 326 kq/m²
Çəkmə gücünün çəkiyə nisbəti: 1.03
Maksimum yüklənmə: +9/-3.2 g

Modifikasiyaları

Ümumilikdə “Dassault Rafale” qırıcıları altı modifikasiyada istehsal edilib:

“Rafale A”: qırıcının prototipidir, onu təcrübə nümayiş versiyası da adlandırırlar;
“Rafale B”: qırıcının başqa bir prototipidir. Bu, öz funksionallığını tamamilə qoruyub saxlayan iki nəfərlik təlim-məşq vasitəsidir;
“Rafale C”: təkyerli hava vasitəsidir;
“Rafale M”: çoxməqsədli təkyerli göyərtə qırıcısıdır;
“Rafale N”: ikiyerli göyərtə tipli təyyarədir;
“Rafale BM”: Nüvə silahı çatdırmaq üçün hazırlanan çoxməqsədli qırıcıdır.

2019-cu ildə Fransa hökuməti, “Dassault Rafale” qırıcısının F4 yeni versiyasını hazırlamaq üçün təyyarə istehsalçısı “Dassault Aviation” ilə müqavilə imzaladı. Bu işlərin bir hissəsinin 2022-ci ildə, bütün layihənin isə 2024-cü ildə tamamlanması planlaşdırılır. Müqavilənin dəyəri 2.3 milyard dollardır.

Müqavilənin şərtlərinə görə, 2023-cü ildən F4 tələblərinə uyğun olaraq qismən təchiz edilən 28 ədəd təyyarənin, 2027-2030-cu illərdə isə yeni standarta tam uyğun 30 ədəd təyyarənin Fransa Hərbi Hava Qüvvələrinə təhvil veriləcəyi gözlənilir. Beləliklə, Fransa Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində mövcud olan 160 ədəd “Dassault Rafale” parkının ən azı 40%-ni yeniləyə biləcək.

F4 versiyası “şəbəkə mərkəzli müharibə”, yəni artan iformasiya və rabitə rəqabəti şəraitində hərbi əməliyyatlar aparmaq üçün uyğunlaşdırılacaq. Bundan əlavə “Rafale” modernləşdirilməsi bort radioelektron avadanlıqlarının daha inkişaf etmiş elementlərinin quraşdırılmasını, “hava-hava” və “hava-yer” sinifinin yeni raketlərinin istifadəsi imkanlarını təmin edəcək.

“Dassault Rafale” F4 qırıcısı “Thales” lazer-şüa tuşlama sisteminə malik “Meteor” uzaqmənzilli raketindən, həmçinin bir neçə metr dəqiqliklə hədəflərə nizamlanan aviasiya bombasından və lazer/IR tuşlama başlığına malik “hava-yer” raketinin tətbiqinə imkan verəcək “Safran” AASM məhvetmə kompleksindən istifadə edəcək.

“Dassault Rafale” qırıcıları əhəmiyyətli modernləşdirmə potensialına sahib ən yaxşı 4-cü nəsil qırıcılardan biridir. Fransa qırıcısı yüksək sürətlənmə dinamikasına, möhtəşəm elektronikaya və etibarlı nişangah kompleksinə malikdir. Yuxarıda göstərilənləri və “Dassault Rafale” şirkətinin qırıcının hazırlanmasına xərclədiyi 62.7 milyard dollar dövlət vəsaitini nəzərə alsaq, qırıcıların yüksək qiymət kateqoriyasında yer almasının səbəbləri məlum olar. Hazırda “Rafale B” 74 milyon, “Rafale C” 68.8 miyon, “Rafale M” isə 79 milyon avroya təklif edilir. İndiyə qədər istehsal edilən qırıcıların sayı 225 ədədə qədərdir. Hindistanın MMRCA proqramı çərçivəsində əldə etdiyi bir ədəd fransız qırıcısının servis və pilot hazırlığı ilə birlikdə 218 milyon dollara başa gəldiyi məlumdur.

Qəzaları

2007-ci ilin dekabrın 6-da Fransanın Sen-Dizye aviabazasından qalxan Hərbi Hava Qüvvələrinin 316 seriya nömrəli “Rafale B” modifikasiyalı qırıcısı təlim uçuşu həyata keçirərkən yerli vaxtla saat 18:30-da ölkənin mərkəzindəki Nevique kəndi yaxınlığında qəzaya uğradı. Qəzaya səbəb, uzaqdan idarəolunan elektron uçuşu idarəetmə sistemindəki nasazlıq oldu. Pilot kapitan Emmanuel Moriuser həlak oldu.

2009-cu ilin sentyabrın 24-də Fransa Hərbi Dəniz Qüvvələrinin 12-ci flotilyasına aid 22 və 25 seriya nömrəli 2 ədəd “Rafale M” göyərtə modifikasiyalı qırıcı, Perpignan şəhərindən 30 km məsafədə havada toqquşaraq Aralıq dənizinə düşdü. Qəza yerli vaxtla saat 18:10 radələrində, təyyarələr “Şarl de Qoll” aviadaşıyıcısına geri dönərkən baş verib. Fransa Müdafiə Nazirliyinin Hadisələrin Təhqiqatı Bürosundan verilən məlumata görə, fəlakətə insan amili səbəb olub. Pilotlardan biri 3-cü dərəcəli kapitan Jan Bofil katapult edə bildi. İkinci pilot, 2-ci dərəcəli kapitan Fransua Duflot isə həlak oldu.

2010-cu ilin noyabrın 28-də Əfqanıstanda antiterror əməliyyatında koalisiya qüvvələrini dəstəkləmək üçün döyüş tapşırığını tamamlayan Fransa Hərbi Dəniz Qüvvələrinin 12-ci flotilyasına aid “Rafal M” modifikasiyalı qırıcı “Şarl de Qoll” aviadaşıyıcısına qayıdan zaman Ərəbistan dənizinə düşdü. Qəza Pakistan sahillərindən 100 km məsafədə baş verdi. Qəzaya texniki nasazlığın səbəb olduğu məlum oldu. Pilot katapult edərək axtarış-xilasetmə helikopteri vasitəsilə xilas edildi.

2012-ci ilin iyulun 2-də yenə də Fransa Hərbi Dəniz Qüvvələrinin 12-ci flotilyasının “Rafale M” qırıcısı təlimlər zamanı qəzaya uğradı. Bu qırıcı da Aralıq dənizində yerləşən “Şarl de Qoll” gəmisinə məxsus idi. Pilot katapult etməyi bacardı və bir müddət sonra Fransa ilə birgə təlimlərdə iştirak edən ABŞ helikopteri tərəfindən xilas edildi.

İstifadəçiləri

2011-ci ildə Fransanın Müdafiə naziri Jerar Lonqe bəyan etdi ki, şirkət HHQ üçün 180 təyyarəlik sifarişi yerinə yetirəndən sonra, əgər qırıcıya xarici sifarişlər olmasa, qırıcıların istehsalı dayandırılacaq.

Lakin 2012-ci ilin yanvarında şirkətin Hindistan HHQ üçün 126 ədəd çoxməqsədli qırıcı sifariş tenderini udması, böyük məbləğdə ixrac sifarişini təmin etdi və təyyarənin istehsaldan çıxarılmasının qarşısını aldı. 2017-ci ildən sonra təyyarənin silah və avionika sistemində detalları məlum olmayan modernləşdirilmələr aparılıb. Fransa və Hindistandan başqa bu qırıcılar Misir və Qətər Hərbi Hava Qüvvələrində aktiv istismar edilir. Adı çəkilən ölkələrdə qırıcıların sayı təxminən aşağıdakı kimidir:

Fransa Hərbi Hava Qüvvələri: 91 ədəd;
Fransa Hərbi Dəniz Qüvvələri: 44 ədəd;
Misir: 2017-ci ilin noyabr ayına olan məlumata əsasən 14 ədəd “Rafale” qırıcısına malikdir. Daha 24 ədəd sifariş olunub;
Hindistan: 36 ədəd, təchizat davam edir;
Qətər: 36 ədəd.

Nəticə

“Dassault” şirkətinin “Rafale” təyyarəsi Fransa aerokosmik sənayesinin prioritet məhsullarından biridir. Bu qırıcı silahlanma, füzelyaj, mühhərik, avionika və s. elementləri də daxil olmaqla tamamilə yerli və milli fransız layihəsidir.

“Rafale” qırıcılarını digər analoqlarından fərqləndirən əsas xüsusiyyətlərə aşağıdakılar aiddir:

- universal platforma;
- eyni vasitə ilə fərqli tapşırıqları maksimum məsafələrdə yerinə yetirmək bacarığı;
- digər müttəfiq və ya koalisiya vasitələri ilə birgə fəaliyyət qabiliyyəti;
- idarəetmə orqanları ilə və qonşularla real vaxt rejimində əməkdaşlıq və ünsiyyət imkanları və s.

Qırıcının kifayət qədər uçuş yüksəkliyi, geniş manevr imkanları və hədəfləri 220 km-də aşkarlamaq bacarığı, onun HHM sistemlərinin atəş zonasına daxil olmamaqla müxtəlif mənzilli raketlərin təsirindən qorunmasına imkan verir. “Dassault Aviation” şirkətinin yaxın perspektivdə son döyüş təyyarəsi hesab edilən “Rafale” qırıcıları kiçik ölçülərə malik olmasına baxmayaraq, güclü mühərrikə, yüksək manevr imkanlarına, müasir sislah və sursat dəstinə malikdir. Bundan əlavə “Rafale” bir çox qırıcıların həsəd apara biləcəyi ən müasir sensorlar kompleksini özündə cəmləşdirir, bu isə onların rəqibləri üzərindəki texnoloji üstünlüyünü və cəlbediciliyini daha da artırır.

Uzaq məsafələrdə hədəf aşkarlama imkanlarının, erkən xəbərdarlıq sistemləri və hədəf göstərmə vasitələri ilə uzlaşdırılması, qırıcının havada üstünlüyü əldə etməsinə maneə törədə biləcək obyektləri daha əvvəl təsirsiz hala gətirməsinə imkan verir. Qırıcının kifayət qədər geniş modernləşdirmə potensialına malik olması, Fransanın Almaniya ilə birgə iştirak etdiyi FCAS/SCAF (Future Combat Air System/Système de Combat Aérien du Futur) 6-cı nəsil qırıcı proqramında əldə edilən bəzi nailiyyətlərin “Rafale” qırıcılarında tətbiqinə və ya sınaqdan keçirilməsinə imkan verəcəyini də ehtimal etməyə əsas verir.

Mənbələr:

https://www.dassault-aviation.com/en/defense/rafale/introduction/
https://vpk.name/images/i200658.html
https://militaryarms.ru/voennaya-texnika/aviaciya/dassault-rafale/
https://thediplomat.com/tag/dassault-rafale/
https://naked-science.ru/article/tech/frantsuzskij-istrebitel-dassault-rafale-smozhet-prosluzhit-do-2070-goda
http://www.airwar.ru/enc/fighter/rafal.html
https://bmpd.livejournal.com/3801802.html
https://youtu.be/CsVAO_U78Qg

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Fransa   HHQ   Rafale  

Fransa HHQ-nin dominantlığının əsas səbəbi - "Dassault Rafale" (ARAŞDIRMA)

2020/04/7-11115849367.jpg
Oxunub: 3054     12:00     01 May 2020    