Koronavirus NATO və təhlükəsizliyə necə təsir göstərir?

2020/03/74555-1584528931.jpg
Oxunub: 456     17:38     18 Mart 2020    
Koronavirusun sürətli yayılması bütün dünyada xəbər başlıqlarında liderlik edir. Çin, Cənubi Koreya, İran və İtaliya kimi ölkələrdə ortaya çıxan faciəli görüntülər və hekayələr digər ölkələrin hökumətlərinə daha sərt tədbirlər görmək üçün diqqəti yönəltməyə başladı.

Diqqətin əksər hissəsi virusun səhiyyə siyasətinə və iqtisadiyyata təsirinə yönəldilsə də, siyasətçilərin nəzərdən keçirməli olduğu yoluxma nəticəsində yaranan təhlükəsizlik problemləri də var.

Bu xüsusilə Şimali Atlantika Müqaviləsi Təşkilatındakı (NATO) ölkələrə, ABŞ-ın hərbi kontingenti olan Cənubi Koreya və Yaponiyada, İtaliya, Almaniya, İspaniya kimi üzv ölkələrdə koronavirus nisbətlərinin yüksək olduğu yerlərə aiddir.

NATO-nun ən son Strateji Konsepsiyasında, ittifaqı gələcək təhdidlərə cavab vermək üçün hazırlanan sənəddə “pandemiya” kəlməsinə rast gəlinmir.

NATO daxilindəki bir çox ölkələr milli təhlükəsizlik və müdafiə strategiyası sənədlərində bu məsələyə toxunur.

Məsələn, Birləşmiş Krallığın ən son təhlükəsizlik və müdafiə strategiyasında qlobal sağlamlıq təhlükəsizliyi bölməsi var. Pandemiya təhdidi baş nazirin sənəd üçün yazdığı ön sözdə də qeyd olunur.

Tramp Administrasiyasının 2017-ci ildə nəşr olunan Milli Təhlükəsizlik Strategiyasında “Bio Təhdidlər və Pandemiyalarla Mübarizə” adlı bir bölmə var.

Müdafiə və milli təhlükəsizlik haqqında Fransanın ən son qəbul etdiyi sənəddə qlobal sağlamlıq problemləri və panedmiyadan qaynaqlanan təhdidlər göstərilib.

Önümüzdəki aylarda koronavirusun yayılmasına dair NATO və üzv ölkələrin diqqətlə diqqət etməsi lazım olan üç sahə var.

Birincisi, xidmət işçilərinin və onların ailələrinin sağlamlığı və rifahı məsələsidir.

Beynəlxalq bir pandemiya zamanı Silahlı Qüvvələr üçün bəlkə də yeganə vacib olan budur. Aydındır ki, koronavirusun geniş yayılmış təbiəti çətinliklər təqdim edir. Koronavirus, şəxslər arasında fərq qoymur.

NATO daxilində artıq yüksək səviyyəli generalların virusa yoluxduğu barədə xəbərlər yayılıb. İtaliya Ordusunun Baş Qərargah rəisi Salvatore Farina və Polşa Silahlı Qüvvələrinin rəhbəri Yaroslav Mikanın da koronavirus testi müsbət çıxıb.

General Mika bu yaxınlarda Almaniyanın cənubunda yüksək səviyyəli bir konfransa qatıldı, burada ABŞ-ın Avropadakı Ordusunun komandiri də daxil olmaqla digər yüksək səviyyəli hərbi zabitlərlə əlaqə yaratdı - görüşdə başqa birinin virusa yoluxub-yoluxmadığı bəlli deyil.

NATO-nun Brüsseldəki mənzil qərargahında hətta ən azı bir təsdiqlənmiş koronavirus hadisəsi olub. Rusiya ilə sərhədə yaxın Norveçin şimalındakı böyük hərbi bazada norveçli bir əsgərin koronavirus testinin müsbət çıxmasından sonra 1300 əsgər karantinə alındı və daha sonra hərbi hissə ümumiyyətlə bağlandı.

İkinci bir əsas fəaliyyət sahəsi hərbi hazırlıq səviyyəsinin qorunmasıdır.

Nəhayət, NATO və onun üzvləri strateji diqqətini itirməməlidir.

Koronavirusun bütün Avropada və Şimali Amerikadakı bəzi yerlərdə yaratdığı geniş miqyaslı pozğunluq səbəbi ilə siyasətçilərin diqqət mərkəzində olduğu məqamlar daxili böhrana cavab vermək idi. Bu tamamilə başa düşüləndir.

NATO daxilindəki hökumətlər xidmət üzvlərinin sağlamlığını və rifahını təmin edərkən milli müdafiə məqsədlərinə cavab vermək üçün tələb olunan hazırlıq və ehtiyat səviyyələrini qorumaqda çətinlik çəkirlər. Bunu tarazlaşdırmaq asan bir şey deyil. Bu qlobal pandemiya nə qədər davam edərsə, siyasətçilər üçün bu tarazlıq bir o qədər çətin olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Koronavirus  

Koronavirus NATO və təhlükəsizliyə necə təsir göstərir?

2020/03/74555-1584528931.jpg
Oxunub: 457     17:38     18 Mart 2020    