Erməni deputat: “Ezamiyyətlərə 35 milyon dollar xərcləmisiniz, səmərəlidir, yoxsa yalnız Amerikanı görmək üçün getmişdiniz?”

2019/12/image-1575373712.jpg
Oxunub: 410     15:27     18 Mart 2020    
Ermənistan parlamentində maliyyə kredit və büdcə məsələləri komitəsinin iclasında “İşıqlı Ermənistan” fraksiyasının deputatı Arkadi Xaçatryan “Maliyyə Sistemi Vasitəçisi haqqında” qanuna dəyişiklik və əlavələr edilməsi haqqında qanun layihəsini təqdim edib.

Çiçəklənən Ermənistan partiyasının deputatı Serqey Baqratyan Maliyyə Vasitəçisinin ofisindən Tələblər qəbul edən və İstintaq Qrupunun rəhbəri Aşot Qoçikyandan, rəhbərlik etdiyi ofisin 2018-ci ildə maaş fondunun həcmi, büdcənin nə qədər olduğunu soruşub.

“Gəlin, nə dərəcədə səmərəli işlədiyinizi, vəsaitlərdən nə qədər səmərəli istifadə etdiyinizi, iş ezamiyyətlərinə nə qədər vəsait xərclədiyinizi anlayaq”, - deyə o qeyd edib.

Məlum olub ki, 2018-ci ildə ayrılan vəsait 717 milyon dram təşkil edib. Bunlardan əmək haqqlarının ödənişi üzrə sərfiyyat 272 milyon dram olub. Təhsil layihələrinə 27 milyon dram, reklam işlərinə 40 milyon dram, konfransıların təşkili üzrə 18 milyon dram, kirayə məqsədilə 64 milyon dram, ezamiyyət və təkmilləşdirmə xərcləri 35 milyon dram, nümayəndə iştirakı xərclərinə 13 milyon dram, audit, məsləhətləşmə 37 milyon dram, ofisinin saxlanması 25 milyon dram, digər xərclər 12 milyon təşkil edib. Nəticədə əldə edilən mənfəət 155 milyon dram olub.

Baqratyan qeyd edib ki, bu prosesdə müəyyən risklər var.

“Qeyd edim ki, yaradılan bu qurum, konkret kadr problemlərini həll etmək məqsədi də daşıyıb. Qurumun olduqca problemli bir qurum olduğunu və çox diqqətlə prosesləri izləməyə zərurət olduğunu vurğulayıb.

Tülkünün quyruğuna şahid tutulmasına son qoyulmalıdır. Ofisin 9 illik fəaliyyəti dəqiq yoxlanılmalıdır. Anlaşılmalıdır ki, vəsait hansı məqsədlər üçün sərf edilib. 35 milyonluq ezam xərclərinə aydınlıq gətirilməlidir. Bu ezamlar səmərəlidir, yoxsa yalnız əylənmək və ya Amerikanı görmək üçün getmişdiniz? Plenar iclasa məsələ ilə bağlı 25 sual və çıxış hazırlamalıyam. Demək diqqətlə dinləyin nə deyirəm, bu qurumun fəaliyyətinin tam müddətini detallı şəkildə müzakirə etməliyik. Kimsə ağız-burun əydisə problemlə üzləşəcək. Parlament üzvləri ağız-burun əyilməsinə yox, müzakirələr aparmasına görə bura gəliblər. Bu müzakirələr isə kiminsə istədiyi kimi yox, deputatın istədiyi kimi olmalıdır”, - deyə o qeyd edib.

Komissiyanın sədri Mane Tandinyan da maliyyə vasitəçisi ofisinin fəaliyyətinə mərkəzi bankın nəzarət etdiyini vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Korrupsiya  

Erməni deputat: “Ezamiyyətlərə 35 milyon dollar xərcləmisiniz, səmərəlidir, yoxsa yalnız Amerikanı görmək üçün getmişdiniz?”

2019/12/image-1575373712.jpg
Oxunub: 411     15:27     18 Mart 2020    