Moskvanın Ermənistana növbəti silləsi

2020/03/00-56-1584345128.jpg
Oxunub: 1455     14:37     18 Mart 2020    
Ermənistanın sabiq baş nazirləri Vazgen Manukyan, Xosrov Harutyunyan, Karen Karapetyan, həmçinin qondarma qurumun sabiq “baş naziri” Anuşavan Danielyan 17 mart tarixində məhkəməyə müraciət edərək, Ermənistanın 2-ci prezidenti Robert Köçəryanın həbs qətimkan tədbirinin şəxsi zəmanətlə əvəz edilməsi üzrə vəsatət təqdim ediblər.

Erməni siyasi ekspert Sarkis Artsruni bildirir ki, bu zəmanət formatı, səmimi desək, qəribədir.

Köçəryan artıq bir dəfə qondarma qurumun sabiq və fəaliyyətdə olan “rəhbər”lərinin zəmanəti ilə azad edilib. Ancaq Ermənistan apellyasiya məhkəməsi bu tərkibdə olan zəmanət formatının məhkəmə orqanlarının təbii iş rejiminin axarını təmin etmədiyinə qərar verərək Köçəryanı yenidən həbsxanaya qaytarıb.

İndi isə daha aşağı statusa malik olan xadimlər müraciət edir və məhkəmə tərəfindən onların vəsatətinin təmin ediləcəyinə heç bir əsasın olmadığı qeyd edilir. Bundan əlavə həmin baş nazirlərin reytinqinin cəminin heç 1% təşkil etmədiyi vurğulanır. Başqa sözlə onların ictimai nüfuza malik olmadığı və başqa bir şəxsə zamin durmağa haqları olmadığı qeyd edilir.

“Ancaq bu format ətrafında intriqalar ötən günlər ərzində daha da qızışıb. Buna səbəb isə ötən günlər ərzində “1 Mart” cinayəti üzrə ittiham edilən Vahaqn Harutyunyanın Moskvada həbs edilməsinə dair yayılan xəbərlər olub. Ancaq bizim media sahəsində bu versiya müzakirə edildiyi bir vaxtda Moskvadan növbəti xəbər daxil olub. Harutyunyanın həbs qərarı ləğv edilib və hüquq mühafizə orqanları tərəfindən sərbəst buraxılıb. Bununla da Rusiya hakimiyyəti istədiyi halda “1 Mart” cinayəti üzrə “qaçqınları” həbs edə biləcəyinə işarə etmiş olub. Ancaq növbəti addımları ilə ruslar “1 Mart” cinayətinin açılmasına, xüsusilə inqilaba qarşı münasibətlərini nümayiş etdirmiş olublar. Hər iki ölkə rəhbərləri rus-erməni münasibətlərində qeydə alınan yeni səviyyədən danışmalarına baxmayaraq, Moskvada açıq-aydın şəkildə “1 Mart” cinayətinin açılmasını dəstəkləmirlər”, - deyə Artsruni qeyd edib.

Onun sözlərinə görə, məsələ, hətta Putin səviyyəsində dostluq münasibətlərinin olduğu etiraf edilən yalnız Köçəryan şəxsiyyəti deyil.

“Moskvada məhz “1 Mart” cinayətinin hakimiyyət dəyişikliyinədək olan Ermənistanın keçmişində qalan, bu məhkəmə prosesində “ittiham olunanlar” sistemi Ermənistan-Rusiya münasibətlərində vassal düşüncənin daşıyıcısı kimi meydana çıxacağını yaxşı başa düşürlər. Başqa sözlə, Ermənistanda “1 Mart” məhkəmə prosesinin sona çatması Ermənistan-Rusiya münasibətlərində vassal rejimin ləğv olunacağına işarə edəcək. Bu, hətta hakimiyyətin həqiqəti tam dərk etməmiş olsa belə, Moskvada başadüşülən bir həqiqətdir. Buna görə “1 Mart” lakmus kağızı kimi, Ermənistan-Rusiya münasibətlərində mövcud olan anlaşılmazlığı ortaya qoyur. Qlobal miqyasda köhnə ilə yeni arasındakı uyğunsuzluğun əksidir”, - deyə erməni siyasi ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   1-Mart   Rusiya  

Moskvanın Ermənistana növbəti silləsi

2020/03/00-56-1584345128.jpg
Oxunub: 1456     14:37     18 Mart 2020    