Erməni hüquq müdafiəçisi: “Rusiya hakimiyyətdən uzaqlaşdırılan keçmiş rejimin əsas xadimlərinə himayədarlıq edir”

2020/03/Untit-1584525361.jpg
Oxunub: 468     20:12     18 Mart 2020    
Artıq Rusiya Ermənistanda ittiham edilən 3-cü şəxsi azadlığa buraxıb və ona sığınacaq verib.

Ötən gün, “1 Mart” cinayəti üzrə xüsusi olaraq sübutları saxtalaşdırmaqda ittiham edilən və 2018-ci ilin oktyabr ayından etibarən axtarışda olan, “1 Mart” cinayətinin araşdırılması üzrə istintaq qrupunun sabiq rəhbəri, İstintaq Komitəsi sədrinin sabiq müavini, general Vahaqn Harutyunyan həbsi ləğv edilib və Rusiya hüquq mühafizə orqanları tərəfindən sərbəst buraxılıb.

Xatırladaq ki, öncəki gün polis Moskvada Harutyunyanı həbs etmişdi. Ürmənistanın baş prokurorunun müşaviri Qor Abrahamyan isə bildirdi ki, ruslar erməni tərəfini həbs barədə məlumatlandırıblar. Onun ekstradisiyası barədə tədbirlər görüləcəyi və Ermənistan tərəfinin rus tərəfinə vəsatət verməyə 40 gün müddətinin olması qeyd edilirdi.

Ancaq necə deyərlər, şənbə günü cümə günündən tez gəlib çatdı və məsələ ekstradisiya həddinə gedib çıxmadı.

Qeyd edək ki, eyni məsələ Ermənistan Məhkəmə Qərarlarının Məcburi İcrası Komitəsinin keçmiş rəhbəri Mihran Poğosyan, sabiq Müdafiə naziri Mikayel Harutyunyanla bağlı da baş vermişdi. Yəni hər üç halda Rusiya ittiham olunan şəxsləri Ermənistana təhvil verməkdən imtina edib.

Erməni hüquq müdafiəçisi Artur Sakuntsun sözlərinə görə, Rusiya hakimiyyəti açıq şəkildə Ermənistanda ədalətin həyata keçirilməsinə maneəçilik törədir.

“Rusiya hakimiyyətdən uzaqlaşdırılan keçmiş rejimin əsas xadimlərinə himayədarlıq edir. Rusiya bu cür davranış tərzi ilə istənilən halda Ermənistandakı suverenliyin bərpasının məntiqi prosesi ilə barışmaq istəmir və Ermənistanı özünün tabeliyində olan ərazi kimi qəbul etməyə davam edir”, - deyə o bildirib.

O qeyd edib ki, bu hal eyni zamanda sistemli korrupsiya, siyasi təqib və qanunsuzluqlara görə məsuliyyət daşıyan dövləti ələ keçirənlərin eyni rejim tərəfindən idarə olunan Rusiya hakimiyyətinin açıq dəstəyinə sahib olduğunu göstərir.

Ermənistan hakimiyyətinin hansı nəticələri çıxarmalı olduğuna dair verilən suala cavabında hüquq müdafiəçisi qeyd edib ki, çıxarılacaq yeganə nəticə var: “Rusiya və Ermənistanın guya strateji tərəfdaş olduqlarına dair siyasi səviyyədə verilən bütün bəyanatları həqiqəti əks etdirmir. Bu strateji tərəfdaşlığın müxtəlif ölçülərinin birini digərindən ayırmaq olmaz”.

Erməni hüquq müdafiəçisi Marina Poğosyan isə əmin edir ki, Artur Davtyan Ermənistanın baş prokuroru olduğu müddət ərzində Vahaqn Harutyunyan məsuliyyətə cəlb edilməyəcək, ona qarşı heç bir təhlükə olmayacaq.

“Vahaqn Harutyunyan elə əvvəldən olduqca müdafiə edilmiş şəkildə olub. Onun axtarışı formal xarakter daşıyıb. Ona görə ki, ona qarşı heç həbs barədə sanksiya verilməyib. Əgər bir gün Artur Davtyan cəsarət edib məhkəmə həbs barədə sanksiya verməyib deyərsə, demək yalan danışır. Çünki, birinci instansiya məhkəməsi kobud pozuntularla olsa da, həbs barədə sanksiya verib. Bu da Artur Davtyan tərəfindən təşkil edilən şou idi”, - deyə o qeyd edib.

Poğosyanın sözlərinə görə, Artur Davtyan vəzifədə olduğu müddət boyunca heç bir çinayətkar, o cümlədən Serj Sarkisyan, Robert Köçəryan, Vahaqn Harutyunyan və digərləri cəzalandırılmayacaq.

İttiham edilən Mihran Poğosyana qarşı ittiham irəli sürülən kimi onun Moskvaya uçması faktını xatırladıblar. Daha sonra həbs edilən Poğosyan qısa zaman sonra azad edilib. İndi isə Rusiyada azad şəkildə hərəkət edir. Artur Davtyan tərəfindən Mihran Poğosyan yola salınıb və ona qarşı ittihama xitam verilib. Bütün bunların Davtyan tərəfindən törədildiyi qeyd edilib.

Xatırladaq ki, 28 noyabr tarixində Vahaqn Harutyunyanın müdafiəçisi onun Ermənistana qayıtması üçün texniki maneələrin aradan qaldırılması vəsatəti ilə müraciət edib. Ancaq 6 dekabr tarixində Ermənistan Xüsusi İstintaq Xidməti Vahaqn Harutyunyanın vəkillərinin vəsatətini rədd edib. Bir gün sonra onun həbsi barədə qərar verilib. Vahaqn Harutyunyan isə geri qayıtmayacağını və Rusiyada qalacağını bildirib.

Erməni vəkil Seda Safaryan isə bildirib ki, “1 Mart” cinayətində ittiham edilənlər Rusiyada özləri üçün rahat yer tapıblar. Safaryan onların heç birinin geri qayıdıb, məsuliyyətə cəlb olunmaq istəmədiklərini qeyd edib.

Qeyd edək ki, V.Harutyunyana qarşı Ermənistan CM-nin 3 maddəsi üzrə müvafiq olaraq, sübutların saxtalaşdırılması, vəzifə səlahiyyətindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşmaqla zorakılığa yol vermə halları üzrə cinayət işi açılıb.

Ermənistan Xüsusi İstintaq Xidməti Vahaqn Harutyunyanın həbsi üzrə məhkəməyə 4-cü vəsatətini təqdim edib. Bununla bağlı hələlik qərar qəbul edilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   1-Mart  

Erməni hüquq müdafiəçisi: “Rusiya hakimiyyətdən uzaqlaşdırılan keçmiş rejimin əsas xadimlərinə himayədarlıq edir”

2020/03/Untit-1584525361.jpg
Oxunub: 469     20:12     18 Mart 2020    