Döyülən erməni zabitin qardaşı: “Keçmiş vilayət rəhbəri də daxil olmaqla günahkar olan hər kəs həbs olunmalıdır”

2020/02/image-1581932737.jpg
Oxunub: 623     13:15     18 Mart 2020    
“Ölkədəki mövcud vəziyyətə görə etiraz aksiyalarını müvəqqəti olaraq dayandırdığımızı söylədiksə, bu, Aranı ağır şəkildə döyənlərin cəzalandırılmasına nail olmaqdan əl çəkməyimiz mənasına gəlmir”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ötən ilin sentyabr ayında Yeğeqnadzorda döyülən polkovnik-leytenant Ara Mxitaryanın qardaşı Karen Mxitaryan deyib.

O qeyd edib ki, qardaşı hələ də özünə gəlməyib: “Onu bu vəziyyətə gətirən bütün günahkarlar cəzalandırılmalıdır, buna nail olmaq üçün vəziyyəti izləyəcəyik. Keçmiş vilayət rəhbəri də daxil olmaqla hər kəs həbs olunmalıdır ”.

Mxitaryan bildirib ki, Kassasiya Məhkəməsi Cinayət Apellyasiya Məhkəməsinin 6 mart qərarından verilən apellyasiya şikayətinə hələ baxmayıb.

Qeyd edək ki, 6 mart tarixində Cinayət Apellyasiya Məhkəməsi erməni polkovnik-leytenantı döyməkdə ittiham edilən Zaven Qriqoryanın müraciətinə baxıb və həbs qətimkan tədbirini girov müqabilində azadlıq verilməsi ilə əvəz edib.

Karen Mxitaryan məsələ ilə bağlı Paşinyan və Tonoyana müraciət etdiklərini, lakin heç bir reaksiya verilmədiyini qeyd edib.

“Əgər bizə cavab vermirlərsə, qoy heç olmasa açıq ictimai şəkildə desinlər ki, cinayət işi hərtərəfli araşdırılacaq, onlar da öz növbəsində məsələni izləyəcəklər”, - deyə döyülən erməni zabitin qardaşı bildirib.

Xatırladaq ki, Ara Mxitaryan 2019-cu il 17 sentyabr tarixində saat 23:40 radələrində Yeğeqnadzor şəhərindəki Arsenyan küçəsindəki binalardan birinin həyətində 28 yaşlı gənclə aralarında yaranan mübahisə nəticəsində döyülüb.

Baş vermiş cinayət əməlinə görə Yeğeqnadzor vilayət rəhbərinin köməkçisi Harutyun Qriqoryan həbs edilib. O, şüurlu şəkildə şəxsə ağır bədən xəsarətləri yetirməkdə ittiham edilirdi. Daha sonra onun qardaşı Zaven Qriqoryana qarşı da ittiham irəli sürülərək həbs edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistana-ordusu   Döyülmə  

Döyülən erməni zabitin qardaşı: “Keçmiş vilayət rəhbəri də daxil olmaqla günahkar olan hər kəs həbs olunmalıdır”

2020/02/image-1581932737.jpg
Oxunub: 624     13:15     18 Mart 2020    