Ermənistanda sabah MTX direktoru və polis rəisi təyin olunacaq

2020/02/21857-1582964671.jpg
Oxunub: 1010     10:48     18 Mart 2020    
Sabah Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın polis rəisi və Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifələrinə olan namizədləri prezident Armen Sarkisyana təqdim edəcək.

Məlum olduğu kimi, 2019-cu il sentyabrın 19-da Ermənistan Baş naziri Nikol Paşinyanın təklifi ilə prezident Armen Sarkisyan Arman Sarkisyanı polis rəisi vəzifəsinin, Eduard Martirosyanı isə Milli Təhlükəsizlik Xidməti direktorunun müvəqqəti əvəzedicisi təyin edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sabah müvəqqəti əvəzedicilərin bu vəzifələri idarə etmələrinin 6 ayı tamam olacaq.

Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru hazırkı müvəqqəti əvəzedici olan Eduard Martirosyan təyin olunacaq. Yəni, MTX direktoru ilə bağlı artıq daxili danışıqlar var və bu barədə qərar qəbul olunub.

Bəs Ermənistanın polis rəisi ilə bağlı nə gözlənilir? Səlahiyyətli şəxslər arasında yayılmış xəbərlərə əsasən, Arman Sarkisyan polis rəisi təyin olunacaq.

Jurnalistlər sözügedən təyinatları Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyandan dəqiqləşdirməyə çalışıb. Gevorqyan isə bildirib ki, bunu şərh edə bilməz, məlumat olacağı təqdirdə rəsmi şəkildə açıqlanacaq.

Hazırda Ermənistanda elan olunmuş fövqəladə vəziyyətin sabahkı təyinatlara mane ola biləcəyi ilə bağlı verilən suala cavab verərkən Ermənistan Baş nazirinin mətbuat katibi qeyd edib ki, vəziyyət maneəçilik törətmir.
“Vəziyyət mane olmur, lakin təyinatın olub-olmayacağı ilə bağlı məlumatım yoxdur”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MTX   Polis  

Ermənistanda sabah MTX direktoru və polis rəisi təyin olunacaq

2020/02/21857-1582964671.jpg
Oxunub: 1011     10:48     18 Mart 2020    