Əsgərin ölümündə günahlandırılan erməni deputatın oğlu həbsdə qalacaq

2020/02/image-1581065492.jpg
Oxunub: 712     12:00     18 Mart 2020    
Məcburi müddətli erməni hərbi qulluqçu, sıravi əsgər Vahram Avaqyanın ölüm hadisəsi ilə bağlı araşdırılan cinayət işi üzrə təqsirləndirilən Davit Movsisyan həbsdə qalacaq.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Cinayət Apellyasiya Məhkəməsi Davit Movsisyanın vəkilinin şikayətini rədd edib.

Movsisyanın vəkili Qor Gevorqyan bildirib ki, məhkəmə olduqca qanunsuz şəkildə şikayəti rədd edib.

“Hüquqi fantaziyam belə məhkəmənin hansı əsasla bu şikayəti rədd edə biləcəyini düşünməyə kifayət etmir”, - deyə vəkil bildirib.

Bundan bir müddət öncə Ermənistan Müdafiə naziri Davit Tonoyan jurnalistlərə açıqlamasında qeyd edib ki, yanvarın 30-da, işğal altında olan Qarabağda ölmüş hərbi qulluqçu Vahram Avaqyanın işi üzrə 3 nəfər həbs edilib, onlardan biri Ermənistan parlamentinin keçmiş deputatı Arakel Movsisyanın (Şmays ləqəbli) oğlu Davit Movsisyandır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Deputat  

Əsgərin ölümündə günahlandırılan erməni deputatın oğlu həbsdə qalacaq

2020/02/image-1581065492.jpg
Oxunub: 713     12:00     18 Mart 2020    