Şəhid ailələri ziyarət olunub

2020/03/bfe08-6337802164.jpg
Oxunub: 507     17:07     17 Mart 2020    
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Milli Qəhrəmanların, veteranların, QHT rəhbərlərinin, baş redaktorların iştirakı ilə Novruz bayramı münasibətilə respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailəsinə bayram təbrikləri və sovqatlar çatdırılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Ordu.az-a verilən məlumata görə, keçirilən görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə qayğısı, onların sosial müdafiəsinin gücləndirilməsi hər kəsdə məmnunluq yaradır, ölkə başçısına, onun apardığı uğurlu siyasətə inam və etibarı daha da gücləndirir.

Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində reallaşdırılan siyasətə müvafiq olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu sahədə müxtəlif layihələr həyata keçirir.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə öz dərin minnətdarlıqlarını ifadə ediblər. Əminliklə bildiriblər ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, işğal olunmuş Azərbaycan torpaqları düşmən tapdağından azad ediləcək və ölkəmizin ərazi bütövlüyü təmin olunacaq.

SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri tərəfindən bayram münasibətilə şəhid ailələrini ziyarət və sovqatların çatdırılması həyata keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: SHXÇDX   Şəhid   Ziyarət  

Şəhid ailələri ziyarət olunub

2020/03/bfe08-6337802164.jpg
Oxunub: 508     17:07     17 Mart 2020    