"Bu, Ermənistandaxili ictimai-siyasi gərginliyin aradan qaldırılmasına hesablanıb" - RƏSMİ

2020/03/2a457-1584446861.jpg
Oxunub: 1131     16:04     17 Mart 2020    
Rəsmi İrəvan ordudakı COVID-19 koronavirus pandemiyası ilə bağlı yoluxmaları gizlətmək üçün müxtəlif xarakterli dezinformasiyalar yayır.

Erməni KİV-ləri və rəsmi orqanları bir tərəfdən orduda koronavirusa yoluxanların olmadığını iddia etməklə yanaşı, digər tərəfdən son günlər Azərbaycan Ordusunun 3, Sərhəd Xidmətinin isə 1 hərbi qulluqçusunun virusdan öldüyü barədə dezinformasiyalar yayır.

Redaksiyamız bununla bağlı nazirlik və xidmətə sorğu göndərib.

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətindən Ordu.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, erməni KİV-ləri tərəfindən yayılan məlumatın heç bir əsası yoxdur və daxili ictimai-siyasi gərginliyin aradan qaldırılmasına hesablanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Dezinformasiya  

"Bu, Ermənistandaxili ictimai-siyasi gərginliyin aradan qaldırılmasına hesablanıb" - RƏSMİ

2020/03/2a457-1584446861.jpg
Oxunub: 1132     16:04     17 Mart 2020    