Rusiya Azərbaycanla helikopter satılmasına dair məsələni müzakirə edir

2019/05/Mi-8_-1559194904.jpg
Oxunub: 1349     15:39     17 Mart 2020    
Rusiya Azərbaycanla helikopterlərin satın alınması ilə bağlı məsələni müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə müsahibəsində Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev bildirib. Onun sözlərinə görə, yaxın qonşularla hərbi-texniki əməkdaşlıq kifayət qədər dinamik inkişaf edir. Bu portfelin MDB ölkələri ilə əməkdaşlıq üzrə dəyəri təxminən 2 milyard dollar həcmindədir.

Ölkəmizlə əməkdaşlığın davam etdiyini bildirən nazirliyin rəhbəri əlavə edib ki, Azərbaycanla işbirliyi əsasən satışdan sonrakı xidmətin, quru qoşunlarının texnikası üçün xidmət mərkəzinin və Mi-8 ailəsindən olan helikopter texnikasının təmiri mərkəzinin yaradılmasına yönəlib. Bununla yanaşı, . son məhsulun satılmasına dair məsələ müzakirə olunur.

D. Şuqayev onu da xatırladıb ki, indi gündəmdə Türkiyəyə əlavə S-400 zenit-raket kompleksi partiyasının satılması dayanır. Hazırda sistemin tərkibi, çatdırılma müddəti və digər şərtlər razılaşdırılır. Həmçinin Türkiyə tərəfinin istehsal prosesində müəyyən iştirakı nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Helikopter   Azərbaycan  

Rusiya Azərbaycanla helikopter satılmasına dair məsələni müzakirə edir

2019/05/Mi-8_-1559194904.jpg
Oxunub: 1350     15:39     17 Mart 2020    