“Hraparak”: Ermənistan səlahiyyətliləri dara düşüblər və əvvəlkilərin dəstəyinə arxalanmaq qərarına gəliblər

2020/03/varda-1584437334.jpg
Oxunub: 463     14:57     17 Mart 2020    
Ermənistan səlahiyyətliləri dara düşüblər və əvvəlkilərin dəstəyinə arxalanmaq qərarına gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Bildirilir ki, martın 16-da Ermənistan parlamentində qapalı müzakirə təşkil olunub.

Ermənistanın keçmiş Maliyyə naziri Vardan Aramyan, Baş nazirin müavini Vaçe Qabrielyan, ictimai maliyyə mütəxəssisi Hovhannes Avetisyan və iqtisadçı Aşot Xurşudyan ölkədə koronavirusla əlaqədar yaxın gələcəkdə mümkün iqtisadi geriləmə məsələlərini müzakirə etmək üçün müzakirəyə dəvət olunub.

Onlar peşəlar komissiya yaratmaq niyyətindədirlər. Komissiyada bacarıqlı mütəxəssislər tərəfindən vəziyyəti yumşaldacaq çıxış yolları təklif olunacaq. Ermənistanın “Hraparak” nəşri Aşot Xurşudyandan müzakirənin detallarını müəyyənləşdirməyə çalışıb, lakin o bildirib ki, qapalı müzakirə olub və bu barədə danışmayacaqları ilə bağlı qərar var.

Maraqlıdır ki, iqtisadiyyatın böhran idarəetməsi sahəsində ən yaxşı mütəxəssislərdən biri olan Hrant Baqratyan müzakirəyə dəvət olunmayıb. Bu, o deməkdir ki, erməni səlahiyyətlilər hətta dar vəziyyətdə belə ambisiyalarından əl çəkmirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

“Hraparak”: Ermənistan səlahiyyətliləri dara düşüblər və əvvəlkilərin dəstəyinə arxalanmaq qərarına gəliblər

2020/03/varda-1584437334.jpg
Oxunub: 464     14:57     17 Mart 2020    