Rusiya Türkiyə üçün F-35-ə ən yaxşı alternativ seçim ola bilər?

2020/03/22817-1583923635.jpg
Oxunub: 665     11:30     17 Mart 2020    
ABŞ-ın müdafiə korporasiyası “Lockheed Martin” rəsmi materiallarında Türkiyəni beşinci nəsil “F-35 Lightning II” qırıcılarının yaradılması proqramından çıxarıb. Məhz bu səbəbdən Türkiyə İdlibə görə münasibətlərinin kəskinləşməsinə baxmayaraq, Rusiya qırıcı təyyarə texnologiyasını seçə bilər. Türkiyəli yüksək rütbəli bir hərbi zabiti onların alternativ tapmadan F-35 proqramını tərk edə bilməyəcəyini bildirsə də, əvəzləyəcək seçimlər barəsində açıqlama verməkdən imtina edib.

Lakin müdafiə satınalmaları rəsmisi Rusiya seçiminin üzərində geostrateji dəyərləndirmə aparıldığını və onun qırıcı təyyarələrinin ilk, ən yaxşı seçim olacağını bildirib. Vaşinqton Türkiyəni təhdid edirdi ki, əgər Türkiyə Rusiya istehsalı S-400 yer-hava raket sistemini öz ərazilərində yerləşdirsə, onu sözügedən proqramdan tamamilə kənarlaşdıracaq.

Senatın Silahlı Xidmətlər və Xarici Əlaqələr Komitələrindən olan müxtəlif partiyalı millət vəkillərinin yaydıqları bəyanatda deyilirdi: “Əgər Türkiyə S-400-ləri qəbul etsə, heç bir F-35 türkiyə torpaqlarına getməyəcək. Və Türkiyənin bu proqramda iştirakı, eləcə də istehsal hissələri, təyyarələrin təmir və xidməti ləğv ediləcək, Türkiyə kompaniyaları proqramın istehsalat və tədarük zəncirindən kənarlaşdırılacaq”.

Hələ ötən il Pentaqon Ankaranın S-400 alma qərarı əsasında F-35 proqramı ilə əlaqəli Türkiyə ilə aparılan bütün əlaqələri, o cümlədən çatdırılma işlərini dayandırdığını elan etdi. Türkiyə prezident sarayından olan başqa bir mənbə ötən ilin aprelin 8-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri zamanı onun Putinlə qırıcı təyyarələrin texnologiyası üzərində əməkdaşlıqla bağlı müzakirələr apardığını bildirirdi.

Buna baxmayaraq, Rusiya F-35 üçün yeganə alternativ deyil. Türkiyənin satınalma rəsmiləri ölkənin yerli qırıcı təyyarə proqramı TF-X üçün müsabiqə elan edib. İsveçin “Saab” firması proqramın ilkin dizayn mərhələsi üçün müsabiqəyə qoşulanlar arasında olsa da, Ankara Britaniyanın “BAE Systems” firmasını seçdi. Digər tərəfdən Türkiyə üçün başqa bir alternativ isə Niderland və Fransada həyata keçirilən “Eurofighter” proqramının ortaqlarından olan “Airbus” ola bilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Türkiyə   F-35  

Rusiya Türkiyə üçün F-35-ə ən yaxşı alternativ seçim ola bilər?

2020/03/22817-1583923635.jpg
Oxunub: 666     11:30     17 Mart 2020    