Döyülmüş erməni polkovnik-leytenantın yaxınları müvəqqəti olaraq etiraz aksiyalarını dayandırırlar

2020/02/image-1581932737.jpg
Oxunub: 676     10:57     17 Mart 2020    
Ermənistanın Yeğeqnadzor şəhərində döyülmüş polkovnik-leytenant Ara Mxitaryanın yaxınları ölkədə fövqəladə vəziyyətin elan olunması ilə hökumət binası qarşısında etiraz aksiyalarını müvəqqəti olaraq dayandırırlar.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni polkovnik-leytenantın qardaşı Karen Mxitaryan məlumat verib.

“Cənab Paşinyana müraciət etmişik ki, bizimlə görüşsün. Hal-hazırda onun cavabını gözləyirik. Lakin bu vəziyyətlə əlaqədar hələlik aksiyalar keçirməyəcəyik”, - deyə o qeyd edib.

Karen Mxitaryan əlavə edib ki, iş üzrə təqsirləndirilən Zaven Qriqoryan azadlıqda qalmağa davam edir, ehtiyat tədbirinin dəyişdirilməsi şikayəti hələ də məhkəmədə araşdırılmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Döyülmə   Etiraz  

Döyülmüş erməni polkovnik-leytenantın yaxınları müvəqqəti olaraq etiraz aksiyalarını dayandırırlar

2020/02/image-1581932737.jpg
Oxunub: 677     10:57     17 Mart 2020    