Ermənistanda 42 milyon dollar silah alınması hekayəsindən yeni detallar - Kimlər hədəfdədir?

2020/03/89678-1584426255.jpg
Oxunub: 974     16:23     17 Mart 2020    
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın hakimiyyət illərində alınmış 42 milyon dollar lazımsız silah növləri faktı üzrə açılmış cinayət işindən bəzi detallar məlum olub.

Xatırladaq ki, bir müdət bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan Sünik vilayətinin Tatev kəndində belə bir çıxış edib: “Camaat, işimiz var, Serj Sarkisyan hakimiyyəti 42 milyon dollar verib, silah alıb, həmin silah işləmir, ümumiyyətlə heç bir şeyə yararlı deyil, sadəcə dəmir parçasıdır. 42 milyon dollar veriblər və bu silah heç bir şeyə yararlı deyil, bu, silah da deyil. Hazırda cinayət işi açılıb, qoy Serj Sarkisyan gəlsin, bunun cavabını versin”.

Məlumata görə, burada söhbət 2016-2017-ci illərdə alınmış radioelektron vasitələrdən gedir. Bu vasitələr əsasən rəqibin pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparır. Ermənistan pilotsuz uçuş aparatını sıradan çıxaran silah alıb, lakin sonradan məlum olub ki, silah istifadəyə yararlı deyil, yəni rəqibin pilotsuz uçuş aparatlarını sıradan çıxara bilmir.

Bu aşkarlamanı Ermənistan Milli Təhlükəsizlik Xidməti üzə çıxarıb, daha sonra cinayət işi İstintaq Komitəsinə göndərilib. 2016-2017-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin vəzifəli şəxsləri bu cinayət işi üzrə dindirilməyə dəvət olunub. Burada sual yaranır ki, onlar Ermənistan Milli Təhlükəsizlik Xidmətinin müstəntiqlərinə nə deyiblər?

Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin vəzifəli şəxsləri hüquq-mühafizə orqanlarına bildiriblər ki, silah alınan vaxt onun istifadəyə yararsız olduğu barədə xəbərdar olmayıblar. Alınmış silahı sınaqdan keçirərkən və istifadə etməyə cəhd edərkən başa düşüblər ki, silah rəqibin pilotsuz uçuş aparatını sıradan çıxarmağa qadir deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Özbaşınalıq  

Ermənistanda 42 milyon dollar silah alınması hekayəsindən yeni detallar - Kimlər hədəfdədir?

2020/03/89678-1584426255.jpg
Oxunub: 975     16:23     17 Mart 2020    